Cahangir Əsgərov nə vaxta qədər VƏTƏNDAŞLARI
 
Sıravi azərbaycanlı Tblisiyə səyahət etmək istəyirsə 157 manat, İstanbul üçün 261 AZN xərcləməlidir. Halbuki, quru yolla iki-üç dəfə daha ucuz
səyahət etmək mümkündür.
Ölkədə iyun ayı ərzində 250-yə yaxın adam koronavirusa yoluxub, üç nəfər vəfat
edib. Buna baxmayaraq, Azərbaycan Nazirlər Kabineti (NK) iyunun 21-də Covid-19
pandemiyası səbəbindən "xüsusi karantin rejimi”ni sentyabrın 1-nə qədər uzadıb.
İki ildən çoxdur ki, Azərbaycan quru sərhədlərini bağladığından ölkəni yalnız hava
yolu ilə tərk etmək mümkündür. Maraqlıdır ki, qonşu ölkələr olan İrana, Türkiyəyə
quru yolla getmək üçün əvvəlcə Naxçıvana təyyarə ilə uçmaq, oradan isə sərhədi
keçmək mümkündür.
Bakıdan Naxçıvana (Bakı- Biləsuvar- İran- Culfa istiqamətində) gedən avtobusların
qiyməti 30 manatdır. Təyyarə ilə səfər etmək isə 60 AZN-ə başa gəlir. Bu məbləğin
üzərinə digər nəqliyyat xərclərini də gəldikdə ödəniş daha da yüksəlir. Bu isə o
deməkdir ki, minimum 250 manat əmək haqqı alan vətəndaş təyyarə ilə xaricə gedibgələmək üçün 2 ay heç nəyə pul xərcləməməlidir.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı giriş-çıxışa məhdudiyyət tətbiq
edilməsini Nazirlər Kabineti (NK) həyata keçirir. "Toplum TV” quru sərhədlərlə bağlı
sosial mediada edilən şikayət və narazılıqları NK-ya sorğu kimi ünvanlasa da,
qurumun mətbuat nümayəndəsi İbrahim Məmmədov şərh verməkdən imtina edib.
İqtisadçı Azər Mehtiyev hesab edir ki, quru sərhədlərin bağlı olması pandemiya ilə
bağlı deyil: "Xüsusən də nəzərə alanda ki, dəmiryolu da işlək vəziyyətdə deyil,
bu zaman yeganə nəqliyyat vasitəsi kimi təyyarələrdən istifadə etmək qalır.
AZAL-ın qoyduğu qiymətlər isə sadə insanların cibinə uyğun deyil deyə onlar
səfərlərdən məhrum olurlar. Hökumət bu qadağanı uzadarkən pandemiyanın
yenidən qalxacağı riskini qiymətləndirməlidir. Ortada bir açıqlama olmadığı
üçün o fikir yaranır ki, bu, şirkətlərə fayda vermək üçündür. Gedənlər isə
yüksək qiymətə təyyarə bileti aldığı üçün bu AZAL-ın cibinə xidmət edir”.
İqtisadçı Rövşən Ağayev isə "Feysbuk” hesabında yazır ki, hərəkət məhdudiyyəti çox
səbəbli bir qərar olub, əsasən, oliqarxiyanın mənafeyinə xidmət edir: "Məqsəd həm
də odur ki, insanlar daha ucuz və keyfiyyətli turizm məkanları kimi Gürcüstana,
ordan da Türkiyəyə keçib həmin yerlərdə para xərcləməsinlər. Bu qərarla həm
kənarda valyuta xərcləməsinin qarşısını almağa, həm də əsasən oliqarxiyanın
mülkiyyətində olan turizm obyektlərinə qazanc verməyə çalışırlar. O turizm
obyektləri ki, keyfiyyətə və qiymətə görə adını çəkdiyim qonşu ölkələrə
uduzurlar”.
İqtisadçının fikrincə, turistik kanallarla kənarda valyuta xərcləmələri
məhdudlaşdığından minimum 700-800 mln. ABŞ dolları ölkə daxilində dövr edir.
Hökumət isə bunu "uğur” saya bilər.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər