Yaxın Şərq Fransanı parçaladı - Paris Moskvanı ittiham edir




Yaxın Şərqdə bir aydan artıqdır davam edən müharibə digər ölkələrə təsirsiz ötüşmür. Hərbi əməliyyatlara qarşı etiraz aksiyaları keçirilir, qanlı döyüşlərə son qoyulmasına çağırışlar səslənir. Ərəb icmasının sıx məskunlaşdığı Avropa ölkələrində İsrail əleyhinə aksiyalar daha sərt xarakter alıb.

Bu səbəbdən antisemitizm bir sıra ölkələr üçün problemə çevrilir. Xüsusən, Fransada bu məsələ artıq ciddiləşib. Prezident Emmanuel Makron hökuməti buna qarşı tədbirlər görmək, problemləri həll etmək əvəzinə dünyanın müxtəlif ölkələrini silahlandırır, qarşıdurma yaratmağa çalışır. Fransanın Ermənistanla bağlı yürütdüyü siyasət bunun bariz nümunəsidir. Görünən odur ki, Yaxın Şərqdə müharibə uzandıqca, bu, Fransa üçün problemlər yaratmaqda davam edəcək. Artıq etirazlar Fransa cəmiyyətini ikiyə bölüb. Bir tərəfdə İsraili müdafiə edənlər, digər tərəfdə fələstinlilərin mübarizəsinin haqq işi olduğunu bildirənlər yer alır. Artıq Avropa Komissiyası da Fransada və bütövlükdə Avropada antisemitizmlə bağlı insidentlərin artmasını tənqid edib. AK-nin saytında yerləşdirilən məlumatda deyilir ki, son bir neçə gündə Avropada antisemitizm hadisələrinin artması tarixin qaranlıq dövrünü xatırladan qeyri-adi səviyyəyə çatıb.

Sağlar bir cəbhədə, sollar digər cəbhədə

Paris, Brüssel, Buxarest və digər Avropa şəhərlərində minlərlə insan antisemitizm əleyhinə aksiyalarda iştirak edib. Ötən həftənin sonu Parisdə antisemitizm əleyhinə keçirilən etiraz aksiyaları da ikitirəliyi açıq şəkildə büruzə verib. İlk dəfə olaraq ölkənin bütün əsas siyasi qüvvələri sağ qüvvələrlə (sollar istisna olmaqla) birlikdə nümayişə çıxıb. Minlərlə insan parlamentin hər iki palatasının spikerlərinin çağırışına səs verərək paytaxt və digər iri şəhərlərdə görünüblər. Bununla da oktyabrın 7-dən sonra ölkədə baş qaldıran antisemitizm hallarına qarşı etirazlarını nümayiş etdirmək istəyiblər. Aksiyalara ilk qoşulanlar arasında qatı radikal sağyönümlü hərəkatın lideri Marin Le Pen də olub. Solları təmsil edən "Ram olunmaz Fransa” hərəkatının lideri Jan Lyük Melanşon isə etiraz aksiyasında iştirak etmədiyini açıqlayıb. Bildirib ki, "etiraz Qəzzada qətliamlara yol verənlərə dəstəkdən başqa bir şey deyil”. Bu da o anlama gəlir ki, Yaxın Şərqdə müharibə Fransa cəmiyyətini ikiyə bölüb. Bir tərəfdə antisemitlər, digər tərəfdə İsrailin son hərəkətlərini "qətliam” kimi qələmə verənlər. Solları təmsil edən qüvvələr Qəzza sektorunda insanların zorakılığa məruz qaldığı, İsrailin fələstinliləri sıxışdırdığı qənaətindədirlər.

Vaxtilə Holokostu inkar edirdilər

Maraqlıdır ki, sağlar vaxtilə Holokosta qarşı çıxmaları ilə məşhur idilər. Məsələn, fransalı siyasətçi və sağçı "Milli Cəbhə” Partiyasının keçmiş lideri Jan-Mari Le Pen Holokostla bağlı şərhlərinə görə 30 min avro cərimələnib də. Millətçi baxışları ilə tanınan 87 yaşlı siyasətçi televiziya proqramında nasistlərin qaz kameralarını "İkinci Dünya Müharibəsinin bir hissəsi” adlandırmışdı. Bundan sonra o, Holokostu inkar etməkdə və insanlığa qarşı cinayətlərdə ittiham olunub. Eyni sözlər onun qızı Marin Le Pen ilə açıq münaqişəyə də səbəb olub. Qızı atasını səhvlərindən dərs almağa və hətta siyasətdən getməyi düşünməyə çağırıb. Onun sözlərinə görə, atası "siyasi intihar edir”.

Makron təşvişə düşüb

Yaranmış gərgin vəziyyət Fransa prezidenti Emmanuel Makronu təcili toplantı keçirməyə məcbur edib. O, Yaxın Şərqdə gərginliyin artması fonunda ölkədə sosial birliyi qorumaq üçün bütün dini icmaların liderlərini Yelisey sarayına toplayıb.
Qeyd edək ki, Parisdə keçirilən antisemitizmə qarşı yürüş Fransada antisemitizm hadisələrinin artması fonunda partiyalararası birlik nümayiş etdirmək məqsədi daşısa da, Makronu çətin vəziyyətə salıb. Onun mitinqlərə qatılmaması birmənalı qarşılanmayıb. Makronun tədbirə qatılmamaq qərarı müxalifət nümayəndələri və insan haqları qruplarının tənqidinə səbəb olub. 1890-cı illərdə ölkədə mübahisələrə səbəb olan bədnam işdə nahaq yerə casusluqda ittiham edilən yəhudi zabit Alfred Dreyfusun böyük nəvəsi Makronun yoxluğundan "bir az məyus olduğunu” deyib. Fransa Daxili İşlər Nazirliyi son bir ayda ölkədə 1100-dən çox antisemit insident qeydə alıb ki, bu da ötən il ərzində qeydə alınan rəqəmdən iki dəfə çoxdur.

Paris Moskvanı ittiham edir

Fransa həm də baş verənlərdə "Kreml izi”nin axtarışına çıxıb. Xarici İşlər Nazirliyi Rusiyanı Parisin bir neçə bölgəsində "Davud ulduzları” qrafiti ilə bağlı qalmaqal yaratmaqda ittiham edib. Rusiyanın Fransadakı səfirliyi ittihamları əsassız adlandırıb. "Davud ulduzları”nın Parisdə görünməsi Fransada antisemitizmin artması fonunda ciddi qalmaqala səbəb olub. Fransız siyasətçilər bunun antisemit hərəkət olduğu qənaətinə gəliblər. Çünki bu, nasistlərin yəhudiləri təqib etdiyi illəri xatırladır. Lakin hadisəni araşdıran hüquq-mühafizə orqanları o qədər də aydın nəticə çıxara bilməyiblər. Onlar qeyd edirlər ki, qrafitlər yəhudilərlə açıq-aşkar əlaqəsi olmayan təsadüfi seçilmiş evlərdə peyda olub.
Beləliklə, Fransa hakimiyyəti çətin durumdadır. Yaxın Şərqdə gərginlik nə qədər uzun çəkərsə, ölkədə bu istiqamətdə vəziyyət də gərginləşə bilər. ("Kaspi" qəzeti)

Son xəbərlər

Araik Azərbaycan vətəndaşlığı istədi - Şok ifadə

Türkiyədə mühüm TOPLANTI: Ermənistana çağırış edildi

İcra Hakimiyyəti 2 il əvvəl istifadəyə verilən məktəbin tikintisinə indi icazə verir?

“Ağ Göl” Milli Parkından qanunsuz tutulan balıqlar Beyləqan, İmişli. Füzuli bazarlarında satılır – İDDİA

Masallıda Ana Təbiətin ANASINI AĞLADIRLAR… – AXI NİYƏ?

Uşaq peyvəndləri ölkəmizə Hindistandan gətirilir? - RƏSMİ AÇIQLAMA

Qaraheybətdə helikopter qəzasından 2 il ötür

Sabahla bağlı CİDDİ XƏBƏRDARLIQ – Bu şəxslər…

“İnsanlar bölgələrdə iş tapa bilmir və paytaxta axın edirlər” – FAKT BUDUR!

Güclü külək İstanbula ciddi ziyan vurdu: Ölən var

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri İSTEFA VERDİ

Möhbalıyev “həmkarlara” ayrılan vəsaitin artırılmasını istədi – Putyovkalar 30 faiz bahalaşdı

Kamaləddin Heydərovun qohumu Ağdaşı belə məhv edir

Qazaxın icra başçısı yeni naziri “ağzından süd iyi gələn uşaq” adlandırıb?

Bakıdakı 136 nömrəli məktəbdə ÖZBAŞINALIQ: Direktor iki ildə NECƏ VARLANIB? – ŞOK FAKTLAR

Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA/VİDEO

Yeni ildə qiymətlər bahalaşacaq? - Komitə sədrindən PROQNOZ

Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı: “Hər gün eyni vaxtda qəbul edilməzsə…”

MTK-ların kommunal ödəniş fırıldağı - VİDEO

Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - VİDEO

Ukraynada müharibə bu tarixdə bitə bilər - YENİ PROQNOZ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü

Bakıda bu evlər də BAHALAŞDI - VİDEO

Havanın temperaturu ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənilər Qüdsdə bu ərazini zəbt etdilər: Qədim erməni torpağıdır

Məktəbdə şagirdin özünə xəsarət yetirdiyi üzə çıxıb

Məktəbdə şagirdin özünə xəsarət yetirdiyi üzə çıxıb

Mingəçevir səhiyyəsi dizini yerə qoyub…-Narazılıq

Tovuzda TENDER OYUNBAZLIĞI…BAŞÇININ qaranlıq məqsədi-İLGİNC FAKTLAR

“Bələdiyyə qədər lazımsız qurum varmı?” – Vətəndaş narazıdır // FOTO

Xətai icra hakimiyyətində korrupsiya piramidası – İntiqam Cümşüdov bu sistemin harasında yer alır?

“Bu qədər yanğın hadisələrindən sonra tədbir görülməməsi…” – Heydərova ittiham

25 Noyabr - Kəlbəcər Şəhəri Günüdür

Bütün xəbərlər