Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
“Kanal1.az”bildirir ki, iyulda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit - Britaniya istilik vahidi) üçün 1,44% artaraq 3,03 ABŞ dolları təşkil edib.