Gündəm
2.11.2023, 08:24
Prezident naziri Məhkəmə-Hüquq Şurasının üzvlüyündən çıxardı
Ədliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib.
Turantv.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18
aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 16.20-ci bəndi
(Məhkəmə-Hüquq Şurasının üzvü olmaqla onun işində iştirak edir) ləğv
edilib.
Bununla da, ədliyyə naziri Məhkəmə-Hüquq Şurasının üzvlüyündən çıxarılıb.
Qeyd edək ki, hazırda ədliyyə naziri Fikrət Məmmədovdur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay