Hər məhkumdan 10-15 min manat rüşvət alınıb… – Pul verə bilməyən şəhid qardaşı komissiyadan keçə bilməyib…

 

 

 

Turantv.az:- Hüquqları pozulmuş məhkumların müdafiəsi” İctimai Birliyi tərəfindən Hurriyyet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub.

Birliyin sədri Böyükağa Abdullayev, təsisçilər, müdafiə nazirinin sabiq müavini Mehman Səlimov və Əliabbas Rüstəmov tərəfindən Prezidenti İlham Əliyevə, Ali Məhkəmənin sədri İnam Kərimova, Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, Baş prokuror Kamran Əliyevə, eləcə də Bakı şəhəri, Nizami rayon Məhkəməsinin sədri İlham Kərimliyə ünvanlanan məktubu olduğu kimi dərc edirik:

"Hörmətli Prezident!

Bir necə gün bundan öncə, KİV-i vasitəsilə Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin, 6-saylı Cəzaçəkmə Müəssisəsində, müəssisəsnin rəisi, Baş nazirin sabiq müavini Abid Şərifovun qızının əri, ixtisasca həkim olan, "cərrah-cəllad” ləqəbi ilə tanınan Məmməd Mahmudov tərəfindən hər ay rüşvət və korrupsiya yolu ilə 6 milyon manat toplanıldığı barədə Sizə və aidiyyəti qurumlara rəsmi məlumat vermişdik. Həmçinin, 6 saylı Cəzaçəkmə Müəssisəsində cəzasının üçdə iki hissəsindən çoxunu çəkmiş məhkumlardan, rejimlərini dəyişmək üçün Məmməd Mahmudov tərəfindən, məhkəmənin və prokurorluğun adına hər ay külli miqdarda pullar yığıldığı barədə AR Baş prokuroru Kamran Əliyevə, AR.Ali Məhkəməsinin sədri İnam Kərimova, AR Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova rəsmi müraciət etmişdik.

Ali Məhkəmənin sədr İnam Kərimovdan, Kamran Əliyevdən və Ədliyyə naziri Fikrət Məmmədovdan Cəzaçəkmə Müəssisəsində tüğyan edən korrupsiyanın, rüşvətin qarşısının alınması ilə bağlı qanunun tələblərinə müvafiq tədbir görmələrini xahiş etmişdik.

Hələlik, Baş Prokurorluq tərəfindən heç bir cavab verilməsə də, MHŞ və Ali Məhkəmənın rəhbərliyi rəsmi cavab olaraq bildirirlər ki, müraciətlərimizə baxılması üçün Ədliyyə Nazirliyinə göndəriblər.

Cənab Prezident!

Sizə və aidiyyəti qurumlara ünvanladığımız müraciətlərimizin MHŞ-dan, AR Ali Məhkəməsindən aldığımız cavab məktublarının mürəkkəbi qurumamış hazırda Cəzaçəkmə Müəssisəsində cəzaçəkən məhkumlar bildirirlər ki, cəzasının üçdə iki hissəsini çəkmiş 45 nəfər məhkumun şəxsi işi Ədliyyə Nazirliyi tərəfindən yaradılmış Komissiyaya təqdim edilmişdir. 44 nəfər məhkum sözügedən komissiyadan keçmiş və bir nəfər məhkum komissiyadan keçməmişdir. Onu da DİQQƏTİNİZƏ çatdırırıq ki, komissiyadan keçməmiş məhkum Zeniyev Müqabil Emilxan oğlu Şəhid qardaşıdır və Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudovun tələb etdiyi pulları verə bilmədiyi üçün komissiya tərəfindən kəsilmişdir. Demək, Məmməd Mahmudov tərəfindən pulları alınmamış məhkumların komissiyadan keçməsi birmənalı mümkünsüzdür. ƏN-nin yaratdığı bu komissiyanın işinin nədən ibarət olduğu yəqin ki, hamıya məlum oldu. Bu barədə sonralar açıqlama verəcəyik.

Hörmətli Prezident!

Bu gün Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumlar bildirirlər ki, təkcə 2023-cü ilin may ayında Ədliyyə Nazirliyinin yaratdığı komissiyadan keçmiş 44 məhkumun hər birindən müəssisəsnin rəisi Məmməd Mahmudov ayrı-ayrılıqda Məhkəmənin və Prokurorluğun adı ilə 10-15 min manat civarında pul almışdır. Bu da təkcə bir ayda (2023-cü ilin may ayında) Məmməd Mahmudov tərəfindən, rejim dəyişməsi adı ilə, korrupsiya yolu ilə məhkumlardan yığılmış (10-15 min manat X 44 məhkum) = 440.000-660.000 manat civarında rüşvət deməkdir.

Komissiyadan keçmiş məhkumların məhkəmədən keçməsi üçün onları 2 tura bölmüşlər. Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudov pullarını aldığı və komissiyadan keçirdiyi məhkumları arxayın salmışdır ki, onlardan 22 məhkumun işinə məhkəmə 01.06.2023-cü il tarixdə, yerdə qalan 22 məhkumun işinə isə məhkəmə 08.06-2023-cü il tarixdə baxacaqdır.

Cənab Prezident!

Yuxarıda qeyd etdiyimiz faktları "cərrah-cəllad” ləqəbi ilə tanınan, 6- saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudovun, bu günə kimi rəhbərlik etdiyi müəssisədə İqtisadi sahədə-Mülkiyyət Əleyhinə və Korrupsiya Cinayətləri və Qulluq Mənafeyi Əleyhinə törətdikləri cinayətlərin üstünün açılması və qarşısının alınması ilə bağlı aidiyyəti qurumlara göstəriş verməyinizi və bu qanunzuz hallara obyektiv, hüquqi qiymət verilməsini və bu MÜRACİƏTİMİZİ Şəxsən nəzarətinizdə SAXLAMAĞINIZI SİZDƏN XAHİŞ EDİRİK.

Qabaqcadan minnətdarlığımızı bildiririk”.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər