Xankəndidən böyük köç başlayır...

"Kanal1.az"
Qarabağ müharibəsindən sonra Xankəndiyə və ətraf rayonlara qayıtmış sadə ermənilər bir tikə çörək hayında ikən, yerli siyasətbazlar dinc dayanmır. Məlumdur ki, iki gün əvvəl Xankəndidə hələ də ağıllanmayan “parlamentin” 27 “deputatı” rus dilini iknci “dövlət dili” olması barədə “qərar” verib. “Yeni qanuna görə” zərurət olduğu halda sənədlər və yazışmalar rus dilində də aparıla bilər.

Məlum olub ki, bu qondarma qərarı vermək o qədər də asan olmayıb. Belə ki, “Daşnaksütyun” partiyası “qərarın” erməni dilinin sıxışdırılması kimi izah edib və bu səbəbdən rus dilinə “işçi dil statusu” verilməsini təklif edib. Lakin digər “deputatlar” rus dilinə daha yüksək status verilməsinə razılaşıblar. Maraqlıdır ki, qondama qərar layihənin həmmüəllifi olan "Ardarutyun" ("Ədalət") Partiyasından olan deputat Metaxe Hakobyan küsüb, “sənəddən” imzasını geri götürüb və səsvermədə isə iştirak etməyib.

Hakobyan bildirib ki, onun təklif etdiyi dəyişikliklər nəzərə alınmayıb və bu səbəbdən imzasını geri götürüb. "Artsax Demokratik Partiyası" ndan olan “deputat” da “rus dili qərarını” boykot edib.

“Qanun” Araik Arutyunyan adlı quldur separatçı tərəfindən hələ imzalanmayıb.

Ermənistanda da qərara birmənalı qiymət yoxdur, amma belə görünür ki, bu, Rusiyaya münasibətdə yeni bir siyasi oyundur, ermənilər Moskva ilə yıxılmış münasibətlərini yenidən bərpa etmək istəyirlər.

““Çiçəklənən Ermənistan” partiyası yaxın vaxtlarda Rusiya ilə yeni hərbi-siyasi ittifaq yaradılması barədə qanun layihəsini parlamentə təqdim edəcək”. Bunu partiyanın deputatı Naira Zöhrabyan brifinqdə bəyan edib. Erməni deputat rus dilinə “rəsmi dil statusu” verilməsini məntiqi adlandırıb və eyni zamanda, Rusiya Federasiyası ilə münasibətlərə yenidən baxmağı təklif edib.

Deputat deyib ki, müharibədən sonra “Ermənistan və Dağlıq Qarabağ sərhədlərinin təhlükəsizliyinin qarantı Rusiyadır və bu səbəbdən ölkələrarası münasibətlərə yenidən baxmaq lazımdır: "İnanırıq ki, Rusiya ilə yeni hərbi-siyasi ittifaq qurmağın vaxtı gəlib və bu yaxınlarda detallı bir layihə təqdim edəcəyik".

Xankəndi və ərtaf bölgələrdə məskunlaşmış erməniləri isə Rusiya və rus dili məsələsi yox, gələcəkləri düşündürür. Martın 25-də Xankəndində etiraz aksiyası keçirilib. Etirazçılar separatçı rəhbərlər və sülhməramlı kontingentin yüksək rütbəli şəxsləri ilə görüş tələb ediblər.

Moderator.az-ın xəbərinə görə, müxalif "Mənim haqqım" hərəkatının fəalları Azərbaycan dövlətinin nəzarətinə keçən ərazilərdən köçmüş ermənilərin yerləşdirilməsi məsələsinin həll olunmasını tələb edərək Xankəndidə yolları bağlayıblar. Bunun üçün etirazçılar separatçı oliqarxların "korrupsiya gəlirləri" ilə qurulmuş malikanələrindən istifadə olunmasını təklif ediblər. Aksiyaçılar qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə edilməsinə dair bir "qanun” qəbul edilməsi tələbini də qoyublar. Onlar separatçı rejimin qanunsuz "ədliyyə nazirliyi”nin tələb olunan "qanun” layihəsini hazırlamaq üçün son tarix elan edənə qədər yolları açmaqdan imtina ediblər. Axşam saatlarında hərəkat fəalları "rəsmi”lərlə görüşdən sonra mərkəzi prospektin açılmasıyla razılaşıblar. Etirazçılar "hakimiyyət”ə tələbləri yerinə yetirmək üçün iki həftə vaxt verdiklərini, lakin məmurların hərəkətlərinin onlara uyğun görünmədiyi təqdirdə etiraz aksiyalarının növbəti günlərdə də davam edəcəyini istisna etmədiklərini söyləyiblər.

Baş verənlərdən sonra separatçı dəstə başçısı Araik Arutyunyanın niyə qəfil Ermənistana getməsinin səbəbi də üzə çıxıb. Çünki Araik Arutyunyan keçirdiyi görüşlərdə ermənilərin sosial vəziyyətinin ağır olduğunu ön plana çıxarıb. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi iclasda isə qərara alınıb ki, Qarabağdakı ermənilərə ev tikmək üçün 200 milyon dollar(110 milyard dram) maddi yardım ayrılsın. Bu maddi vəsaitin yarısını isə “Hayastan” ümumerməni fondu verəcək.

Bu vəsaitindən hələ də siyasi oyunların alətinə çevrilən sadə ermənilərə kömək edəcəyi isə sual altındadır. Görünən budur ki, ağır iqtisadi şərtlər Qarabağdakı ermənilərin vəziyyətini hər ötən gün daha çıxılmaz edir. Bu səbəbdən Qarabağdan qaçış gözləniləndir və zəlil Ermənistan hakimiyyətinin tələsik 100 milyon dollar vəsait ayırması bu cür təhlükəni önləmək məqsədi daşıyır. Amma ermənilər təkcə Qarabağdan yox, Ermənistandan da qaçırlar...

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər