Sumqayıtda “ölməmiş ayının dərisini bölüşürlər”:hələ ayrılmamış 4000 hektar ərazi satışa çıxarılıb

 

Məlum olduğu kimi, Sumqayıt şəhərinə əlavə olaraq 4000 hektar ərazinin verilməsi təklifi parlamentə təqdim olunub. Həmin təklifə əsasən Abşeron və Binəqədi rayonlarından ayrılması nəzərdə tutulur.

Yenixeber.org: Qeyd edək ki, bu məsələ hələ 2010-cu ildə gündəmə gəlib. Həmin vaxt Sumqayıtın icra başçısı Zakir Fərəcov parlamentə əhali sıxlığını əsas gətirərək, bu təkliflə çıxış eləmişdi. Lakin həmin təklif qəbul edilməmişdi. İndi yenidən məsələ gündəmə gətirlib və parlamentin müvafiq komissiyasında müzakirəyə çıxarılıb. Amma onun keçəcəyi də bir qədər inandırıcı görünmür.

Lakin bizim toxunacağımız məsələ bu deyil. Hələ torpaq ayrılması məsələsi parlamentin müzakirəsinə çıxarılmayıb, bu barədə sərəncam və ya fərman verilməyib. Amma Sumqayıtda şıdırğı torpaq alveri gedir. Etibarlı mənbələrdən verilən məlumata görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlı İdarəsinin rəhbəri Adil Xudadatov gələcəkdə ayrılacaq torpaq sahələrini satışa çıxarıb. Mənbə bildirir ki, Xudadatov bu məsələni elə təqdim edir ki, sanki torpaq artıq ayrılıb və onun üzərində sərəncam vermək hüququ da ondadır.

Gələn xəbərlərə görə, Memarlıq İdarəsinin rəhbəri sahibkarlara, torpaq almaq istəyində olan şəxslərə bildirir ki, hələlik torpaqlar sənədsiz veriləcək və bir müddətdən sonra sənəd təqdim olunacaq. Hətta o da deyilir ki, Xudadatov torpağa qiymət də qoyub. Belə ki, o, torpağın hər sotunu 5000 manatdan satışa çıxarıb.

Bildirək ki, Sumqayıt ölkənin əhali sayına görə üçüncü şəhəridir. Orada əhali sıxlığı problemi də var. Lakin bunun üçün hansısa rayonun ərazisinə göz dikməyə də gərək yoxdur. Çünki Sumqayıtda istismar müddəti bitmiş xeyli sayda bina və yataqxanalar var. Onları söküb, yerində daha guşad və hündürmərtəbəli binalar inşa etmək mümkündür. Hətta bir çox yataqxanalar var ki, onlar qəzalı vəziyyətdədir və onların sökülməsi vacibdir.

İcra başçısı Zakir Fərəcovun "xas adamı” olan Adil Xudadatovun ortalığa düşməsi onu deməyə əsas verir ki, bu iş elə birbaşa icra başçısının marağındadır. Çünki Adil Zakirin icazəsi olmadan bir addım belə atmaz. Görünən isə odur ki, Zakir Fərəcovla Adil Xudadatov "ölməmiş ayının dərisini bölüşdürməklə” məşğuldurlar. Çünki ortada nə torpaq var, nə də qərar.

Həmçinin o da görünür ki, Zakir Fərəcova ciddi şəkildə pul lazımdır. Məlumdur ki, icra başçısının həm dövlət pullarını mənimsənilməsi, həm avtobusların alınması, həm də şəhərdə abadlıq və quruculuq işləri görmüş iş adamlarına külli miqdarda borcu var. Bəllidir ki, İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev barəsində cinayət işi açılıb və onu 5.5 milyon manat mənimsəməkdə ittiham olunur. Hazırda onun işi məhkəmədədir. Avtobusların alınmasına görə də Fərəcovun 6 milyin manat "Paşa Bank”a borcu yaranıb. Bununla əlaqədar icra başçısının özü belə məhkəməyə verilib.

İş adamlarına gəlincə, onlar bildirir ki, Fərəcovun borcu 10 milyon manatdan bir qədər çoxdur. Həmin pulları isə 2016-cı ildən bəri qaytarmır.

Bunların fonunda hələ ayrılmamış torpaqların satışa çıxarılması və hər sotunun 5000 manata təklif olunması onu güman etməyə əsas verir ki, Sumqayıtın icra başçısı bu dəfə Adil Xudadatovun əli ilə borcları bağlamağa çalışır. Amma bu işi tam qanunsuz şəkildə həyata keçirməklə.

Bu əsnada, belə bir xəbər də daxil olub ki, artıq həmin 4000 hektar ərazidən bir qismi ayrı-ayrı adamlara vəd olunub və pulları da alınıb.(Jamaz.info)

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər