Sumqayıtda 1.5 milyonluq qalmaqal: icra başçısı ilə şöbə müdiri pul davasına çıxıblar? -DE-FAKTO

 

 

Xəbər verdiyimiz kimi, bir müddət əvvəldən Maliyyə Nazirliyi və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Sumqayıt şəhərində kompleks yoxlamalar həyata keçirirlər. Həmin yoxlamalar zamanı Sumqayıt Səhiyyə Şöbəsində 6.425 min manat yeyinti və vəsaitin təyinatı üzrə xərclənmədiyi aşkarlanıb.

Turantv.az : Belə ki, həmin vəsaitin xəstəxana və poliklinikaların yenidən qurulması və əsaslı təmiri üçün ayrıldığı, lakin bu istiqamətdə yalnız kosmetik işlərin görüldüyü dəqiqləşib. Məsələ ilə əlaqədar şöbənin müdiri Səkinə Sadıxova isə ifadəsində qeyd edib ki, onun həmin pullardan xəbəri yoxdur, bununla bağlı hər hansı sənədə də imza atmayıb. İddiaya görə, Sadıxova icra başçısı Zakir Fərəcovu nişan verərək, sualların ona verilməsini qeyd edib.

Bununla bağlı qeyd edilir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov məsələni "dinc yolla” həll etməyə çalışsa da, nə Baş Prokurorluq, nə də Maliyyə Nazirliyi onu yaxına buraxmayıb. Ondan tələb olunub ki, həmin vəsait ödənilməlidir. Belə olan halda öz cibindən pul vermək istəməyən icra başçısı, səhiyyə üçün ayrılmış, lakin sonradan mənimsənilmiş pulların ödənilməsini müavinləri və şöbə müdirləri arasında bölüşdürüb.

Redaksiyamıza verilən məlumata görə, bölgü zamanı Sumqayıtda tenderləri və pul yığma prosesini həyata keçirən əsas firqurlardan birinə daha çox "yük” düşüb. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin üzərinə həmin pulun 1.5 milyon manatını ödəmək öhdəliyi qoyulub. Deyilənlərə görə, Zakir Fərəcov iclasda Gündüz Əliyevə deyib ki, səhiyyədki təmir-tikinti işlərinə o rəhbərlik edib, pul məsələsindən də o məsul olub. Lakin həmin məsələnin üstü açılıb və buna görə də, tələb olunan məbləğin 1.5 milyon manatlıq hissəsini o ödəməlidir.

Gələn son xəbərlərə görə, Gündüz Əliyev bir ayın içində həmin pulun 800 min manatını ödəyib. Bu pulu haradan, necə, hansı şəkildə əldə etdiyi barədə məlumat yoxdur. Şöbə müdirinin bu qədər pulu necə əldə etdiyi də bir ayrı sualdır. Lakin yerdə qalan 700 min manatı ödəmək məsələsində problem yaranıb. Ödənişlə bağlı vaxt isə daralmaqdadır və toplam pulun  deyilən vaxt büdcəyə geri verilməməsi, Fərəcov üçün ciddi başağrısına çevriləcək.

Ona görə də, Gündüz Əliyevlə Zakir Fərəcov arasında nəinki narazılıq, hətta qalmaqal da yaşanıb. Etibarlı mənbələrin bildirdiyinə görə, bir neçə gün əvvəl İcra Hakimiyyətində keçirilən görüşdə Fərəcov şöbə müdirindən həmin pulu iki gün ərzində taparaq, gətirməsini tələb edib. Gündüz Əliyev isə 700 min manatın kiçik rəqəm olmadığını, qısa zamanda tapmağın çətin olduğunu bildirib və etiraz edib. Elə bu səbəbdən də qalmaqal yaşanıb. İcra başçısı iclasdaca şöbə müdirini bərk acılayıb və belə davam edərsə, onu işdən qovduraraq, həbs etdirəcəyi ilə təhdid edib.

Həmin məlumatlara görə, Gündüz Əliyev rəhbəri olduğu şöbənin bütün əməkdaşlarını yığaraq, vəziyyəti izah edib və onlardan həmin məbləğin düzəlməsi üçün bütün şəhərdə çalışmalarını tələb edib.

Qeyd edək ki, Gündüz Əliyev Sumqayıtda "qara işlərin” əsas ustası kimi tanınır. Onu adı tender məsələlərindən tutmuş, obyektlərdən pul yığmasına qədər bir çox işlərdə hallanır.(jamaz.info)

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


 

Son xəbərlər

Maaşlar nə qədər artırılacaq? – Noyabrın 1-dək…

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Cənab nazirin bu məktəbdə olanlardan xəbəri varmı?-Şikayət

10 mindən çox insan aldadıldı: Azərbaycanda həyata keçirilən dələduzluğun DETALLARI

Şahmatçımız erməni rəqibini məğlub etdi

Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ

Araz sahilində tarixi mərasim: Əliyev 8 il öncə əslində hansı gedişi etmişdi?

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...

Rusiya XİN-dən Qərbə xəbərdarlıq: Odla oynayırsız!

Qəzzada atəşkəs danışıqları dayandırıldı

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var

Sərhəddə delimitasiya və demarkasiya işi necə aparılır? - Erməni kartoqraf detalları açıqladı

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

Bütün xəbərlər