Quru meyvə biznesi ilə məşğul olan Ordubadlı Anar Rzayevin cinayət əməlləri… – Anar Rzayev dini nikahda olduğu Zülfiyyə Şirinovanın 400 min pulunu necə mənimsəyib..?

 Söhbət quru meyvə biznesindən düşmüşkən, oxucular üçün məlumat olaraq qeyd edək ki, Azərbaycanda quru meyvələrin əsas məkanı Ordubad rayonudur.
Hələ qədim dövrlərdə Ordubadın quru meyvələri Şərqin bir çox regionlarına ixrac edilib. Həqiqətən də  Ordubadın  quru meyvələri  həm istifadə, həm də müalicə üçün  çox faydalıdır.
Vaxtilə Ordubada  faydalı meyvələrinə görə, "Cənnətməkan”  adını veriblər.
Onu da qeyd edək ki, Ordubadda hər cür meyvə yetişdirilib. Ərik, şaftalı, cəviz, limon, heyva dünyanın heç bir yerində Ordubaddakı kimi tamli və dadlı olmayıb. Digər meyvələr də üstün dada-tama malikdir.
Ordubad  meyvələrinin qurusu qış dövründə daha çox faydalı olur.
Ordubad meyvələrindən ən məşhuru ərikdir. Ordubad əriyi vaxtilə "Çörək ağacı” adı ilə dillər əzbəri olub. İkinci Dünya müharibəsi illərində Ordubad əriyini Azərbaycanın digər rayonlarında buğda ilə dəyişirdilər.
Azərbaycanda əriyin 30-dan çox növünün olması məlumdur. Ağ və qırmızı təbərzə, badami, ağ ərik, haqverdi, ağcanabaş, xosrovi, qara ərik, hamna ərik, əsgərabad, limon ərik, şalax, qırmızıyanaq, fındığı ərik, kababı, göy ərik və sairə sortları rayonumuza müvəffəqiyyətlə becərilib. Bu meyvələrdən qax, konserv məhsulları, miyanpur, kompot, cem, lavaş hazırlanıb. Ərik əsasən kaliumla zəngin olub tərkibində 9-10 mikroelement, vitaminlər, turşular və sairə vardır. Qurudulduqda şəkərliliyi artır və ən gözəl çərəzlərdən sayılır.
Sözün qısası, Ordubadın  quru meyvələri bu gün öz keçmiş şöhrətini  davam etdirir.
Paytaxt  Bakının, Sumqayıtın və digər şəhərlərimizin harasına gedirsənsə, mütləq  "Ordubad”  quru meyvələr mağazasına rast gəlirik.
Ordubadın halal meyvələri ilə bu gün özünə haram biznes quran Anar Rzayev…
Bəli, Ordubadın halal meyvələri ilə bu gün özünə haram biznes quranlar da az deyil.
Birincisi, bu meyvə dükanlarında qiymətlər az qala "əl yandırır”, yəni kasıbın büdcəsinə uyğun deyil.
İkincisi, bu meyvə mağazalarında heç bir kassa aparatı-filan yoxdur. Yəni Ordubad meyvə mağazaları əməlli-başlı maxinasiya məkanıdır. Vergilər ödənmir, işçilər  rəsmi olaraq müqavilə əsasında işə qəbul olunmur, işçiləri çox işlədib az maaş verirlər…
Bəli, bu marketlərdə vətəndaşlarımız  gün ərzində 10 saatdan çox işləsə də  verilən əmək haqqı da yetərli olmur. Digər tərəfdən işçilərə əmək haqqı qanuni yolla deyil, nağd verilir.
Sözün qısası, millətimizin təbii sərvəti olan Ordubad quru meyvələri kimlər üçünsə yüz minlər deməkdir.
Belələrindən biri də Anar Rzayev adlı şəxsdir.
Əslən Ordubad rayonunun Əylis kəndindən olan Anar Rzayev uzun müddətdir ki, quru meyvə biznesi ilə məşğuldur.
Bu adamın meyvə sahiblərini, sıravi alıcıları, müştəriləri aldatması bir yana, bu adam bir dələduz olaraq insanların  etibarından sui-istifadə edərək onların əmlakını, pulunu mənimsəyib.
Belə ki, Zülfiyyə Şirinova adlı şəxsin dediklərindən bəlli olur ki, o Anar Rzayevlə  tanış olub, ona etibar edib, amma…
Əmması odur ki, Anar  Rzayev bu sadə xanımın  etibarından sui-istiafdə edərək  onunla Masallıda oteldə qalmaqallı olay yaşayıb. Və  sonda Zülfiyyə Şirinova ilə  dini nikaha  girərək ər-arvad kimi yaşamağa başlayıblar.
Anar Rzayev daha sonra bir ailə kimi Zülfiyyə Şirinovanı inandıraraq onun 400 min pulunu mənimsəyib.
Hazırda Anar Rzayevlə Zülfiyyə Şirinova arasında 400 minə görə, münaqişə yaşanır.
Anar Rzayev Zülfiyyə Şirinovanın halal pulunu, 400 minini qaytarmaq istəmir. Biz isə öz növbəmizdə Anar Rzayevə demək istəyirik ki, bir zamanlar bəzi məsul, vəzifəli şəxsləri şərləyərək qadını qabağa verəndə həyat yoldaşım deyirdin, indi nə oldu? Bu məsələnin tam çılpaqlığı ilə oxucularımıza və Hüquq Mühafizə Orqanlarımıza çatdıraraq araşdırma aparmalarını xahiş edirik.
Geniş araşdırma yazımız yaxın günlərdə dərc olunacaq.

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər