“Molla təranələri”: İran Ermənistanın bu ərazisini pulla alır?




SEPAH-a məxsus "Javan” qəzeti "etnik təmizləmə”dən sonra Qarabağda kimlərin məskunlaşacağı haqda fərziyyələrini təqdim edib. İlk cümləsindən qərəz saçan yazıda dərhal hökm verilir ki, ermənilər gələcəkdə orada yaşamaq istəmirlər və "minlərlə il ərzində” ilk dəfədir ki, "artsax”da bir nəfər də olsun erməni yaşamayacaq.

Bəs kim yaşayacaq? Suala üç versiyada cavab verilir.

Birinci versiya- Azərbaycan vətəndaşları. Qeyd olunur ki, ermənilərin Qarabağı tərk etməsi ilə eyni vaxtda Azərbaycan hökuməti "etnik dəyişdirmə” prosesi aparır. Azərbaycan rəsmiləri bildirib ki, 2023-cü ilin sonuna, yəni təxminən 3 aydan sonra Qarabağda öz evlərinə qayıdan azərbaycanlıların sayı 5500 nəfərə çatacaq. Bu sayın bölgəni tərk etmiş "120 min erməni” (hətta Ermənistan belə şişirdilmiş rəqəmlərlə 100 mindən artıq say göstərmir-C.Q) ilə müqayisədə çox az olduğunu yazan "Javan” növbəti hökm çıxarır: azərbaycanlılar ora qayıtmaqda maraqlı deyillər. "Bu vətəndaşlar özlərinə sual verməlidirlər ki, nə üçün indiki dünyalarını bir daha riskə atıb, gələcəkdə başqa bir müharibə ilə qovulsunlar?”- yəni faktiki olaraq azad olunmuş ərazilərimizdə məskunlaşmaq istəyən vətəndaşlarımız yeni savaşla təhdid olunur.

SEPAH-ın ikinci versiyası isə görünür, fentezi janrını yaxşı mənimsəməsindən irəli gəlir. Bu versiyaya görə azad olunmuş ərazilərimizdə "sionist rejimə etiraz edən afrikalılar” (söhbət yəqin ki, efiop yəhudiləri icmasında-falaşlardan gedir-C.Q) məkunlaşdırılacaq. Demə, "sionistlər işğal olunmuş ərazilərdə fundamental problemlə, yəni Afrika əsilli vətəndaşların etirazları ilə üzləşib və onlara nəzarət etmək üçün həll yolları axtarır. Ona görə də ola bilsin ki, bu rejim "Qarabağı boşaltmaqla” gələcəkdə Əliyev hakimiyyəti ilə razılaşaraq bu insanların bir hissəsini bu bölgəyə köçürməyə çalışacaq. Təbii ki, bununla da sionist rejimə qarşı daxili etirazların sayı azalacaq. Digər tərəfdən, öz vətəndaşlarını sərhədlərdə məskunlaşdırmaqla İrana qarşı təhdid yaradacaq”.

SEPAH konspiroloqlarının növbəti fentezi- triller süjeti "təkfirçilər”in azad olunmuş ərazilərə köçürüləcəyi üzərində qurulub. İddia olunur ki, ABŞ, sionist rejim, 2011-ci ildən bəri həmişə terrorçulara maliyyə və maddi-texniki dəstək verən regionun "bəzi mürtəce ərəb hökumətləri”, hətta terrorçu vətəndaşlarının Suriyadan öz ölkələrinə qayıtmasından narahat olan Avropa hökumətləri də bunda maraqlıdır. Suriyanın şimal-şərqində Amerika koalisiyası və ABŞ-la müttəfiq kürdlərin nəzarəti altında olan Əl-Hol düşərgəsində yaşayan təkfirçilərin ailələri ilə birgə (sayları 20.000-ə çatır) boşaldılmış Qarabağa yerləşdiriləcək. "Bu günlərdə düşərgədən 500 İŞİD yaraqlısının yoxa çıxıb”, - deyə iddia olunur.

Təkrarlayaq-bu, hansısa divar qəzetinin gicləməsi ya fantast yazıçılar dərnəyinin kinossenari üçün qaralaması deyil, İrandakı paralel dövlətin- SEPAH-ın rəsmi mətbu orqanının yazdıqlarıdır. Belə sarsaqlıq rəsmi qəzetə necə və niyə yol tapır? Axı məntiqlə Azərbaycanla münasibətlərdə normallaşma müşahidə olunduğu vaxt belə absurd ittihamlarla süni gərginlik yaratmaq təşəbbüsləri də olmamalır. Görünür, rəsmi dövlət aparatı münasibətlərin normallaşması tərəfdarı olsa da, paralel dövlət (SEPAH) hələ də gərginlikdə maraqlıdır.

Təəssüf ki, bu yanaşma sadəcə hansısa radikal baxışlı qrupun fikirləri deyil, az qala bütün İran KİV-ləri və ekspert camiəsi tərəfindən birləşdirici milli ideya kimi cəmiyyətə sırınır.

İranın "Hammihan” qəzetinin xarici siyasət redaktoru Armin Montazeri deyib ki, İran daxilində Ermənistanla açıq sərhəd saxlamaq "vətənpərvərlik və millətçilik məsələsinə” çevrilib. "Bu məsələ ilə bağlı ictimai rəy belədir ki, iranlılar hətta lazım gələrsə, Ermənistanla sərhəddə istənilən hərəkətə qarşı öz hökumətlərinin hərbi yanaşmasını dəstəkləyirlər”.

Beynəlxalq Böhran Qrupunun İran Layihəsinin direktoru Əli Vaezin dediyinə görə, bu narahatlıqlar, birincisi, İranın ərazi bütövlüyü ilə bağlıdır. İranın 88 milyona yaxın vətəndaşının təxminən üçdə biri türkcə danışan və əsasən ölkənin Azərbaycan, Ermənistan və Türkiyə ilə həmsərhəd olan şimal-qərb əyalətlərində yaşayan etnik azərbaycanlılardır. O deyir ki, Tehran tarixən azərbaycanlı əhalisi arasında irredentist əhval-ruhiyyədən ehtiyatlı olub və Azərbaycanda, eləcə də Cənubi Qafqazda və ümumilikdə Orta Asiyada pantürkist ritorika kimi qəbul etdiyi şeylərə kəskin həssaslıqla yanaşır.

İranlı ekspertlər Azərbaycanın güclənməsi ilə bağlı narahatlıqlarını xarici nəşrlərdə də müzakirə edirlər. Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun Yaxın Şərqdə geosiyasət və təhlükəsizlik üzrə eksperti Həmidreza Əzizi "Middle East eye”yə açıqlamasında deyib ki, İran siyasətçiləri əsasən Azərbaycanın regionda üstünlük əldə etməsinin daha geniş nəticələrindən narahatdırlar. Zəngəzur dəhlizinin yaradılması qərarının həm də geosiyasi nəticələri olacaq.

Onun iddiasına görə, guya "Azərbaycan rəsmiləri vaxtaşırı bəyan ediblər ki, Zəngəzur dəhlizinin yaradılması İranın Ermənistana quru çıxışını hansısa yolla itirməsinə gətirib çıxaracaq” (əslində bu, qeyri-ciddi fikirlər İran rəsmilərin açqılamalarında olub). Əzizinin fikrincə, İran Qarabağın geri alınmasından deyil, bu qələbənin gətirəcəyi şeylərdən qorxur. Azərbaycan bütün məqsədlərinə çatmaq üçün addım-addım irəliləyir: "Dağlıq Qarabağın Bakıya qaytarılması Zəngəzur dəhlizinin yaradılması üçün müqəddimədir. İranı narahat edən də budur”.

İranın milli təhlükəsizlik şurasının katibi Ermənistana dəstək nümayişi olaraq bu ayın əvvəlində həmkarı Armen Qriqoryanla görüşüb. "Qafqaz regionunda gərginlik və münaqişələr heç bir ölkənin maraqlarına xidmət etmir", - o bildirib.

"İran diplomacy”-dəki yazısında Əlireza Rezai adlı tarixçi alim təklif edir ki, Tehran hökuməti Səudiyyə Ərəbistanı ilə Misir arasındakı münasibətlər modelini Ermənistana tətbiq etsin. Belə ki, Səudiyyə Tiran və Sanafir adalarını Misirdən alıb öz coğrafi xəritəsinə daxil etdiyi kimi, İran da Ermənistanla elə sövdələşmə bağlasın ki, bu torpaqlara sahib olsun. "İstənilən halda Ermənistanı silahlandırmaq və ya "Sunik kimi mübahisəli coğrafi məsafədə” çox da böyük olmayan bazaların yaradılması irəliyə doğru bir addım ola bilər. Ticarət inkişaf etdikcə ermənilərin Bəsrə körfəzinə çıxışının təmin edilməsi həm ölkəmiz üçün faydalı, həm də dənizə çıxışı olmayan Ermənistan üçün cəlbedici olardı”.

Son xəbərlər

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib – İDDİA

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR… – “ƏMİN” ƏLLƏRDƏDİR…

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları – İLGİNC FAKTLAR

Sərhəddə dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"

Rus sərhədçilər Ermənistanı tərk edir - Putin və Paşinyan razılaşdı

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama

İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar” – ETİRAZ VAR…

Bütün xəbərlər