Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”
"Azərbaycanın niyyəti Qarabağın erməni sakinlərini girov olduqları xunta və marionet rejimdən azad etməkdir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

"Azərbaycanın məqsədi hərbi infrastrukturun tərksilah edilməsi, eləcə də Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni siyasi sistemin ləğv edilməsidir ki, bu da Qarabağ ermənilərinin sülh yolu ilə Azərbaycanın ictimai həyatına reinteqrasiyasına daha çox imkan verəcək”, - deyə H.Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi təəssüflə qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı qüvvələri ölkənin suveren ərazilərində qalmaqda davam edir.

O, həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinə milyonlarla mina basdırıb və dinc əhaliyə qarşı təxribat törətməkdə davam edir.

Belə bir təxribat nəticəsində son olaraq mülki şəxslər və polis əməkdaşları da daxil olmaqla altı nəfər həlak olub. Bununla əlaqədar, Azərbaycan Qarabağ bölgəsində qanunsuz hərbi strukturların zərərsizləşdirilməsi üçün lokal antiterror tədbirlərinə başlayıb.

H.Hacıyev vurğulayıb ki, terrorçular Qarabağda dinc əhalidən qalxan kimi istifadə edir və mülki obyektlərin yanında bilərəkdən hərbi obyektlər quraşdırırlar.

Son xəbərlər

Araik Azərbaycan vətəndaşlığı istədi - Şok ifadə

Türkiyədə mühüm TOPLANTI: Ermənistana çağırış edildi

İcra Hakimiyyəti 2 il əvvəl istifadəyə verilən məktəbin tikintisinə indi icazə verir?

“Ağ Göl” Milli Parkından qanunsuz tutulan balıqlar Beyləqan, İmişli. Füzuli bazarlarında satılır – İDDİA

Masallıda Ana Təbiətin ANASINI AĞLADIRLAR… – AXI NİYƏ?

Uşaq peyvəndləri ölkəmizə Hindistandan gətirilir? - RƏSMİ AÇIQLAMA

Qaraheybətdə helikopter qəzasından 2 il ötür

Sabahla bağlı CİDDİ XƏBƏRDARLIQ – Bu şəxslər…

“İnsanlar bölgələrdə iş tapa bilmir və paytaxta axın edirlər” – FAKT BUDUR!

Güclü külək İstanbula ciddi ziyan vurdu: Ölən var

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri İSTEFA VERDİ

Möhbalıyev “həmkarlara” ayrılan vəsaitin artırılmasını istədi – Putyovkalar 30 faiz bahalaşdı

Kamaləddin Heydərovun qohumu Ağdaşı belə məhv edir

Qazaxın icra başçısı yeni naziri “ağzından süd iyi gələn uşaq” adlandırıb?

Bakıdakı 136 nömrəli məktəbdə ÖZBAŞINALIQ: Direktor iki ildə NECƏ VARLANIB? – ŞOK FAKTLAR

Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA/VİDEO

Yeni ildə qiymətlər bahalaşacaq? - Komitə sədrindən PROQNOZ

Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı: “Hər gün eyni vaxtda qəbul edilməzsə…”

MTK-ların kommunal ödəniş fırıldağı - VİDEO

Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - VİDEO

Ukraynada müharibə bu tarixdə bitə bilər - YENİ PROQNOZ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü

Bakıda bu evlər də BAHALAŞDI - VİDEO

Havanın temperaturu ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənilər Qüdsdə bu ərazini zəbt etdilər: Qədim erməni torpağıdır

Məktəbdə şagirdin özünə xəsarət yetirdiyi üzə çıxıb

Məktəbdə şagirdin özünə xəsarət yetirdiyi üzə çıxıb

Mingəçevir səhiyyəsi dizini yerə qoyub…-Narazılıq

Tovuzda TENDER OYUNBAZLIĞI…BAŞÇININ qaranlıq məqsədi-İLGİNC FAKTLAR

“Bələdiyyə qədər lazımsız qurum varmı?” – Vətəndaş narazıdır // FOTO

Xətai icra hakimiyyətində korrupsiya piramidası – İntiqam Cümşüdov bu sistemin harasında yer alır?

“Bu qədər yanğın hadisələrindən sonra tədbir görülməməsi…” – Heydərova ittiham

25 Noyabr - Kəlbəcər Şəhəri Günüdür

Bütün xəbərlər