Cəmiyyət / Manşet
5.06.2021, 12:44
Müharibə dövründə Azərbaycan mediasının da rəşadətinin şahidi olduq - Hikmət Hacıyev
Dünən Kəlbəcərdə mina nəticəsində həlak olan jurnalistlərin gördüyü işin böyük dəyəri var, onlar Ermənistanın azad olunmuş ərazilərdə etdiyi vəhşilikləri sənədləşdirirdilər.
“Kanal1.az” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Onların gördüyü işlərin dəyəri yüz ildən sonra da çox yüksəkdir. "Azərtac" və Azərbaycan televiziyası tərəfindən onlara ezamiyyətin dəyişdirilməsi təklif olduğu hallarda belə onlar geri qayıtmırdılar. Təssüf ki, mənfur ermənilər tərəfindən qoyulmuş minanın, xəyanətkar fəaliyyətin qurbanı oldular" - deyə Hikmət Hacıyev qeyd edib..
H.Hacıyev bildirib ki, bu itki eyni zamanda Azərbaycan mediası üçün böyük itkidir. Müharibə dövründə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgərlərləri ilə yanaşı dayanan Azərbaycan mediasının da rəşadətinin şahidi olduq:
"Beynəlxalq təşkilatlara da müraciət olunub ki, bu vəhşilik qınanılmalıdır. Bir daha cənab Prezidentin başsağlığını çatdırıram. Allah rəhmət eləsin!"
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay