Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətləndirilib



Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Azərbaycan Prezidentinin tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56,4 kilometr təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 kilometr olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70,4 kilometrdir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 0-46,2 kilometrlik hissəsi I, 46,2-56,4 kilometrlik hissəsi isə II texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda yolun genişləndirilərək profilə salınması və 21,5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16,5 metr təşkil edəcək.

Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 20,4-56,4 kilometrlik hissəsində torpaq yatağı işləri davam etdirilir. Yol yatağı hazır olan 20,4 kilometrlik hissədə yol əsasının tikintisi işləri yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Yolun Xanlıq istiqamətində olan 14 kilometrlik hissəsində torpaq işləri, boru və keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və layihələndirmə işlərinin icrası davam edir. Sözügedən yolun ilk 11 kilometrlik hissəsi I, 11-14 kilometrlik hissəsi isə II texniki dərəcəyə uyğun tikilir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, əsas yolun 10, 22, 32 və 43-cü kilometrində, yanaşma yolun 35-ci kilometrində, həmçinin Qubadlı şəhərinə gedən avtomobil yolunun 1-ci kilometrində layihə üzrə nəzərdə tutulan körpülərin inşası aparılır. Körpülər üzrə artıq 42,5 % işlərin icrası yekunlaşıb. Bundan başqa Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi işləri də davam etdirilir. Artıq 81 dairəvi, 32 düzbucaqlı boru və 12 yeraltı keçid tikilib, 4 796 metr istinad divarı da inşa olunub.

Layihə üzrə ümumi uzunluğu 2 397 m-lik 7 tunelin inşası da nəzərdə tutulur. Hazırda T-1 tunelinin giriş və çıxış portalında qazma işləri bitib, betonlanma işləri görülür. T-2 tunelində qazma və qrunt bərkitmə işləri gedir, T-3 tunelinin girişi portalında işlər davam edir.

"İnşaat Norma və Qaydaları”na uyğun, AAYDA rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilən layihə üzrə 503,8 min kubmetr ərazidə bitki qatının çıxarılması, 6,9 milyon kubmetr həcmində qazma işləri aparılib, 3,2 milyon kubmetr həcmində isə dolğu işləri icra olunub.

Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

Son xəbərlər

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”

Ermənistanda onlarla gənc həbs olundu

Prezident: “Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz” - VİDEO

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - VİDEO

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

MN: “Ordumuz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar yalandır” - VİDEO

Mina qurbanı olan polisimizin doğmalarından ürək dağlayan sözlər - VİDEO

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”

Qarabağda yeddi mindən çox erməni təxliyə edilib

İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...

İRƏVAN QARIŞDI: Rusiya səfirliyi Ermənistana NOTA VERDİ

Erməni silahlıları Ağdamda mülki vətəndaşımızı ÖLDÜRMƏK İSTƏDİLƏR

Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”

Qarabağdakı terrorçuların sayı açıqlandı: əməliyyatın miqyası kiçik olmayacaq

Təslim olun, əks təqdirdə... - Bakı separatçılara sonuncu şərtini göndərdi

Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandı

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Xocavənddəki terrorla bağlı iki dövlət qurumundan açıqlama: DTX hərəkətə keçdi

Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-ya daxil edilməsinə qarşı çıxıb

Rəsmi Bakı: BQXK konvoylarının təhlükəsizliyi ilə bağlı erməni tərəfinin “yaşıl işıq” təmin etmədiyini bildirib

İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid edir

Qida təhlükəsizliyimiz bu adama əmanətdir… bu adam da… – İDDİA

Rüşvətə görə məhkum edilmişdi, məktəb direktoru təyin olundu

Bütün xəbərlər