Cəmiyyət / Manşet
15.05.2021, 12:19
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolunun açılışında iştirak ediblər
Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib.
“Kanal1.az” bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Dövlətimizin başçısına yeni körpünün və yolun texniki göstəriciləri barədə məlumat verildi.
Xəbər yenilənəcək
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay