Daimi Nümayəndəlik: “Ermənistan həm sözdə, həm də əməldə Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir”


"Ermənistan həm sözdə, həm də əməldə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməlidir".

"Report” xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Ermənistan XİN-in bəyanatına dair şərhində deyilir.

Şərhdə bildirilir ki, Ermənistan xarici işlər nazirinin bu ilin iyulunda etdiyi son çıxışından sonra rəsmi İrəvandan konstruktiv yanaşma gözlənilirdi:

"Təəssüf ki, Ermənistan Azərbaycanla əldə olunmuş razılaşmaların həllindənsə, öz köhnəlmiş münaqişə hekayələrini təbliğ etmək üçün müxtəlif platformalardan istifadə edir. Və Azərbaycana qarşı dezinformasiya və böhtan kampaniyası aparır. 2020-ci ilin noyabrında üçtərəfli bəyannaməyə əməl etməkdən boyun qaçırır”.

"Azərbaycan sülh gündəmini irəli aparmaq üçün güclü siyasi iradə nümayiş etdirir. Ermənistan isə Azərbaycanla münasibətlərin normallaşması prosesində ciddi problemlər yaradır. 30 ildir bu ölkəni xarakterizə edən model - danışıqların imitasiyası, geriyə addım vasitəsilə əvvəlki müqavilələrdən və götürülmüş öhdəliklərin icrasından yayınma, eləcə də müxtəlif siyasi, hərbi və digər təxribatlara əl atmaqdır. Ermənistan bir məqsəd güdür: Azərbaycan ərazisində separatizmi bütün mümkün vasitələrlə dəstəkləmək. Ermənistan vaxt itirir və bütün istiqamətlərdə danışıqlarda irəliləyişə nail olmağa yönəlmiş real addımlardan qaçır. Bu ölkə iki il yarımdır ki, Laçın yolundan qeyri-qanuni daşınmalar üçün sui-istifadə edir. Hətta buraya humanitar məqsədlərlə göndərilmiş yüklərin qarşısını almağa çalışır. Bu azmış kimi, Beynəlxalq Ədalət Məhkəməsindən və digər qurumlardan öz məqsədləri üçün istifadə etməyə çalışır”, - Daimi Nümayəndəlik qeyd edib.

Bəyanatda vurğulanır ki, bütün hallarda, istisnasız olaraq, Ermənistan tərəfi əvvəllər əldə edilmiş razılaşmaları müxətlif bəhanələrlə pozub:

"Vəziyyəti süni şəkildə uzatmaq, gərginliyi artırmaq və nəticədə normallaşma prosesini pozmaqla Ermənistan həyasız siyasi kampaniya aparır. Demək olar ki, 10 minlik erməni ordusu qeyri-qanuni olaraq Azərbaycan ərazisində qalmağa davam edir. Onlarda tank və digər zirehli texnika avadanlıq, iki yüzdən çox ağır artilleriya qurğusu, o cümlədən çoxsaylı raket sistemləri, onlarla müxtəlif növ elektron döyüş sistemləri, hazırda xidmətdə olan təxminən iki yüz minaatan var. Ermənistan beynəlxalq öhdəliklərini pozaraq bu dəstələrə texniki, hərbi, maddi-texniki və maliyyə dəstəyi göstərir. Azərbaycan ərazisindəki birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Son günlər biz hərbi təxribatların daha da intensivləşdiyinin şahidi oluruq. Ermənistan yeni səngərlər qazır, istehkamlar tikir”.

Daimi Nüməyəndəlik beynəlxalq ictimaiyyəti və ATƏT-in iştirakçısı olan dövlətləri Ermənistanı sülh danışıqlarına təşviq etmək üçün zəruri təcili tədbirlər görməyə çağırıb:

"Ermənistanın sülh prosesinə xələl gətirən hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir. Onu sülhə məcbur etmək üçün əlavə səylər göstərilməlidir. Regionda sülh və sabitliyə nail olmağın yeganə yolu budur. Ermənistan silahlı qüvvələri Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılmalıdır”.

Son xəbərlər

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”

Ermənistanda onlarla gənc həbs olundu

Prezident: “Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz” - VİDEO

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - VİDEO

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

MN: “Ordumuz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar yalandır” - VİDEO

Mina qurbanı olan polisimizin doğmalarından ürək dağlayan sözlər - VİDEO

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”

Qarabağda yeddi mindən çox erməni təxliyə edilib

İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...

İRƏVAN QARIŞDI: Rusiya səfirliyi Ermənistana NOTA VERDİ

Erməni silahlıları Ağdamda mülki vətəndaşımızı ÖLDÜRMƏK İSTƏDİLƏR

Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”

Qarabağdakı terrorçuların sayı açıqlandı: əməliyyatın miqyası kiçik olmayacaq

Təslim olun, əks təqdirdə... - Bakı separatçılara sonuncu şərtini göndərdi

Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandı

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Xocavənddəki terrorla bağlı iki dövlət qurumundan açıqlama: DTX hərəkətə keçdi

Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-ya daxil edilməsinə qarşı çıxıb

Rəsmi Bakı: BQXK konvoylarının təhlükəsizliyi ilə bağlı erməni tərəfinin “yaşıl işıq” təmin etmədiyini bildirib

İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid edir

Qida təhlükəsizliyimiz bu adama əmanətdir… bu adam da… – İDDİA

Rüşvətə görə məhkum edilmişdi, məktəb direktoru təyin olundu

Bütün xəbərlər