Rusiyadan verilən mesajlar: Ermənistanı ölümcül hadisələr gözləyir



Ermənistan-Rusiya münasibətləri daha bir gərginlik mərhələsinə qədəm qoyub.

Publik.az xəbər verir ki, erməni analitiklər bunun ağır, dəhşətli, ölkə üçün ölümcül nəticələrdən danışırlar.

"Hraparak” nəşrinin hazırladığı yazıda da bu məsələyə toxunulub:

"Ehtirasları ilk dəfə Nikol Paşinyanın İtaliyanın "La Repubblica” qəzetinə müsahibəsi alovlandırdı. Bu müsahibədə Paşinyan Rusiyanı daha açıq şəkildə tənqid etdi, bildirdi ki, Rusiya müəyyən addımlar, hətta özünün hərəkətsizliyi səbəbindən regionu tərk edir. Ola bilsin ki, bir gün biz oyanıb görək ki, Rusiya artıq regionda deyil. O, həmçinin Rusiya sülhməramlılarını da tənqid edib və bildirib ki, onlar üçtərəfli bəyannaməyə görə üzərilərinə götürdüyü missiyanı yerinə yetirmirlər. Paşinyan KTMT-ni də tənqid edib. Gözlənildiyi kimi, Rusiyanın cavabı özünü çox gözlətməyib. Əvvəlcə dövlət TASS agentliyi Rusiya Xarici İşlər Nazirliyinin diplomatik mənbəsinə istinadən yazıb: "Rusiya Ermənistanın ən yaxın dostu və qonşusu kimi Cənubi Qafqazı tərk etmək fikrində deyil, İrəvan isə Qərbin Rusiyanı sıxışdırmaq üçün alətinə çevrilməməlidir. Bu, Qərbin planıdır və İrəvan burada bir alət kimi istifadə olunur”.

Daha sonra Rusiya parlamentinin aşağı palatasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin bəyan edib ki, Nikol Paşinyan Rusiyaya qarşı "getdikcə həyasız” bəyanatlar verir. Putinin mətbuat katibi Peskov da təsdiqləyib ki, Rusiya Ermənistanı tərk etmək fikrində deyil.

Onu da qeyd edək ki, müsahibədən düz iki gün sonra Ermənistan hökuməti Roma Əsasnaməsini parlamentə göndərib ki, bu da qeyd-şərtsiz ratifikasiya olunarsa, Putinin həbsindən irəli gələn tələbi yerinə yetirməyə borcludurlar. Rusiya Xarici İşlər Nazirliyi də bu razılaşma ilə bağlı erməni tərəfdən aydınlıq tələb etdiklərini bildirib. XİN sözçüsü Paşinyanın ikinci dəfə verdiyi mübahisəli müsahibəsinə də toxunaraq qeyd edib: İnsan daim günahkar axtarmaqdansa, öz əməlinə görə cavab verməyi bacarmalıdır”.

Rusiya ilə münasibətlərin kəskinləşməsi, sülh gündəminin faktiki iflasa uğraması Ermənistanı ölümcül hadisələrin gözlədiyi ilə bağlı proqnozları daha reallaşdırır. Xatırladaq ki, Paşinyan elə həmin müsahibəsində sülh sazişindən danışarkən əsas məqamlar üzrə razılığın əldə olunmadığını qeyd etmiş, bir gün əvvəl isə baş nazirin müavini Mqer Qriqoryan Ermənistan tərəfinin sənədlə bağlı təkliflərinin səmərəsiz olduğunu bildirmişdi”.

Göründüyü kimi, erməni analitiklər də ölkəni ağır nəticələrin gözlədiyini hiss edirlər. Amma bu nəticəni reallaşdıran da məhz Ermənistan hakimiyyətidir. Ermənistan sülh müqaviləsini imzalamaqdan yayınmaqla, bölgədə gərginliyi artırmaqla, regiona xarici qüvvələri cəlb etməyə çalışmaqla, Azərbaycana qarşı ərazi iddiası irəli sürməklə özü üçün ölümcül nəticələri hazırlayır. Nə demək olar: Bunu özləri istəyirlər. Özü yıxılan isə ağlamamalıdır.

Son xəbərlər

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Bütün xəbərlər