Gündəm
29.11.2022, 14:44
Parlamentdə sülhməramlılar tənqid edildi: “Putinə hörmətsizlik edirlər”
"Azərbaycan
ərazilərinə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti
Azərbaycan toponimlərinin adlarını erməni adı ilə təqdim edir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu parlamentin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, Rusiya sülhməramlıları Rusiya Prezidenti Vladimir Putinin imzasına hörmətsizlik nümayiş etdirir.
"10
Noyabr Bəyanatının altına imza atanlardan biri də Rusiya prezidentidir.
Sülhməramlılar Rusiya prezidentinə də hörmətsizlik edirlər”, - deyə o
əlavə edib.
O bildirib ki, Milli Məclisin Regional məsələlər komitəsi Rusiya Dumasının müvafiq komitəsinə etiraz edəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay