Gündəm / Cəmiyyət
24.08.2023, 18:40
Öz peşəsindən, vəzifəsindən sui istifadə edərək caamata qarşı dələduzluq edən şəxslər yerindəcə qanun qarşısında cəzalandırılmalıdır
Redaksiya olaraq nəzərinizə çatdırmaq istəyirik ki, bu gün haqqında danışacağımız şəxs İbrahimli Elçin Bahyəddin oğludur. Elçin əslən Goranboy rayonundandır. Müddətdən artıq hərbi xidmətdə fəaliyyət göstərir.
Gələk əsas məsələmizə. Məsələ tam olaraq bundan ibarətdir ki, bu Elçin adlı şəxs öz vəzifəsindən sui istifadə edir. Gəncə şəhərində Anar adlı şəxsdən telefon almışdır.
Aldığı telefonu mənimsəmişdir. Daha açıq desək ödənişi ödəməkdən boyun qaçırır. Anar dəfələrlə Elçinlə əlaqə yaradıb pulu istəsə də Elçin pulu verməyəcəyini, hara istəyir ora da şikayət etməsini demişdir. Mən hərbiçiyəm, Müdafiə Nazirliyində çalışıram heç kəs mənə heçnə edə bilməz deyə bildirmişdir.
Elçin bu gün hərbiçi olmağından, öz vəzifəsindən sui istifadə edərək camaata qarşı dələduzluq edir.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Bu cür öz vəzifəsi, işi hesabına camaata qarşı fırıldaqçılıq, dələduzluq edən şəxslər araşdırılmalı, barələrində ciddi bir tədbir görülməlidir.
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Kanal1.az İnformasiya Xəbər Portalının baş redaktoru
Arzu Orucov
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay