Nəsiminin və Qaradağın icra başçıları vəzifədən gedirlər… – Bakı ŞİH-nin Aparat rəhbəri Ayaz İmaməliyev Qaradağı bəyənmir, Nəsiminin icra başçısı olmaq istəyir…

 

 

 

Cəmiyyət ciddi kadr islahatları gözləyir. Açıq etiraf etməliyik ki, 30 illik məğlubiyyətdən sonra 44 günlük Vətən müharibəsində qələbəmiz cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdı. 30 il bədbin, pessimist olan cəmiyyətimiz son illər Müzəffər Ali Baş Komandanın DƏMİR YUMRUĞUNA, az qala, möcüzə kimi yanaşır. Və… Düşünür ki, bu DƏMİR YUMRUQ ölkədə ədalətsizliyin, rüşvətxorluğun, korrupsiyanın başına enəcək. Və cəmiyyətin canı bəzi rüşvətxor məmurlardan qurtaracaq. 
Ona görə də, hər kadr dəyişikliyi cəmiyyətimizdə böyük ümid hissi yaradır. Və cəmiyyətimiz düşünür ki, nəhayət, cənab Prezidentin dediyi kimi XALQA XİDMƏT edən məmurlar vəzifəyə təyin olunacaq. Amma min təəssüf ki, hələ məmurların çoxu cənab Prezidentin və XALQIN ümidini doğrultmur.
Təsəvvür edirsinizmi, Prezident məmurlara deyir ki, XALQDAN qorxmursunuz, barı ALLAHDAN qorxun… Sözün qısası, hələ ki, açıq deməliyik ki, kadr məsələsi ilə bağlı xalqın gözləntiləri özünü doğrultmur və loru dildə desək, gələn gedənin atasına rəhmət oxutdurur…
Redaksiyamıza  daxil olan son məlumata görə, lap yaxın zamanda ölkəmizin iki mühüm rayonunun icra başçısı dəyişəcək. Daha dəqiq desək, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, cənab Süleyman Mikayılov  və  Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, cənab Asif Əsgərov vəzifələri ilə vidalaşırlar. Yeri gəlmişkən, hər ikisi idmançıdır, el dili ilə desək, idman müəllimidir.
Həmişə hansısa məmur kreslosu boşalmazdan öncə onun yerinə kimlərin təyin olunacağı cəmiyyətdə və mediada ciddi müzakirə olunur. Redaksiyamıza daxil olan məlumata görə, bu vəzifələrə ən çox iddialı olan namzədlərdən biri, bəlkə də, gecələr yuxusunda da yarımçıq qalmış  obyektlərin tikintisini davam etdirmək istəyən İmaməliyev Ayaz Ağalar oğludur. Gəlin görək bu şəxs kimdir, nəçidir…?
Hazırda  Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Aparat rəhbəri olan Ayaz İmaməliyev ziyalı ailəsində doğulub. Atası Ağalar İmaməliyev kimya elmləri namizədidir. Uzun müddət Sumqayıt şəhər 13 saylı orta məktəbdə müəllim işləyib. Hazırda Sumqayıt Dövlət Universitetində çalışır. Anası Elmira İmaməliyeva isə uzun müddət Sumqayıt şəhər 1 saylı poçt idarəsinin müdiri vəzifəsində çalışıb. Elmira İmaməliyeva dünyasını dəyişib. Ayaz İmaməliyevin böyük qardaşı Asif İmaməliyev Milli Məclisin ikinci çağırış deputatı olub. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin sektor müdiri vəzifəsində işləyib.
Ayaz İmaməliyev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri, Səbail Rayon İcra Hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri olub. 2018-ci ilin sentyabrında BŞİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2019-cu ildə isə bu vəzifədən azad edilərək BŞİH-in tabeliyindəki Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin- "Kommunxoz”-un  rəisi postuna təyinat almışdı.
Xatırladaq ki, BŞİH-in Aparat rəhbəri Elgin Həbibullayev Nərimanov rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb. BŞİH-in başçısı Eldar Əzizov Aparat rəhbəri vəzifəsini Ayaz İmaməliyevə həvalə edib. Sonradan Eldar Əzizovun əmri ilə Ayaz İmaməliyev BŞİH-nin Aparat rəhbəri təyin edilib. Yəqin ki, yaxın zamanda Ayaz İmaməliyevin təyinatının şahidi olacağıq. Amma daxil olan məlumata görə, Ayaz İmaməliyev deyir ki, Qaradağ toz-torpaqlı yerdi, mənim zövqümə uyğun deyil, xahiş edirəm məni Nəsimiyə başçı qoyun…
Görürsünüzmü, sıravi insanlar fəhlə işləməyə həsrətlə yer axtarırlar, amma məmurlar yüksək vəzifəni də öz "fkus”larına uyğun seçirlər… Bizi izləyin… Yaxın zamanda yeni təyinatlar barədə sizi məlumatlandıracağıq.
P. S. İstər Ayaz İmaməliyev olsun, istər başqaları, onlar düşünməlidirlər ki, icra başçısı vəzifəsinə təyinat cənab prezidentin səlahiyyətləri çərçivəsindədir. Əgər Ayaz İmaməliyev hansı rayona və ya şəhərə icra başçısı təyinatından haradasa danışırsa, ondan sirr saxlayan olmaz. Çox güman ki, Ayaz İmaməliyev icra başçısı postuna təyin olunmayacaq. Gündəlik Bakı

Son xəbərlər

Saxta pul hazırlamaqda təqsirləndirilən azərbaycanlı alimin həbs müddəti uzadıldı

“İmişli Avtonəqliyyat” ASC-nin ŞÜBHƏLİ HESABATI… – BU NƏDİ BELƏ?!

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir?

Qarabağ Universitetinə təyin edilən rektor kimdir? – DOSYE

İcra məmurunun qanunsuzluğundan nazirə şikayət olundu – Pulumuzu 2 aydır ki, vermir…

Gəncə Dövlət Universitetində nələr baş verir? Kafedra müdirinin əməllərindən Rektorun xəbəri varmı?Şikayət

Mürsəl İbrahimov Eldar Mahmudovun kadrlarını GÖRƏVƏ GƏTİRİR… – BU NƏDİ BELƏ?!

“Novxanı əməliyyatı” Taleh Bəşirov üçün düşərli olmadı – “Əmlak nəhəngi” ilə bağlı təftiş başlayır…

Bu da Masallının tenderYEYƏNLƏRİ… – İLGİNC SİYAHI…

Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi – ƏNDİŞƏ VAR…

Boşanmaların çoxalması aliment məsələsinin daha qabarıq şəkildə üzə çıxmasına səbəb olub

Maaşlar nə qədər artırılacaq? – Noyabrın 1-dək…

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Cənab nazirin bu məktəbdə olanlardan xəbəri varmı?-Şikayət

10 mindən çox insan aldadıldı: Azərbaycanda həyata keçirilən dələduzluğun DETALLARI

Şahmatçımız erməni rəqibini məğlub etdi

Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ

Araz sahilində tarixi mərasim: Əliyev 8 il öncə əslində hansı gedişi etmişdi?

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...

Rusiya XİN-dən Qərbə xəbərdarlıq: Odla oynayırsız!

Qəzzada atəşkəs danışıqları dayandırıldı

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var

Sərhəddə delimitasiya və demarkasiya işi necə aparılır? - Erməni kartoqraf detalları açıqladı

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Bütün xəbərlər