30 ildir şagird hazırlayan müəllim nə üçün imtahana çəkilməlidir? – ETİRAZ

 

 

20-30 ildir müəllim işləyən müəllimlərin imtahanına niyə ehtiyac görülür? Təkmilləşməsinə, peşə yeniliklərindən yararlanması, maaş artımı üçün olduğu iddia edilir, lakin illik seminar və kurslarla da bunu etmək olardı”.

Turantv.az  xəbər verir ki, bu sözlər sosioloq Lalə Mehralıya aiddir. Müəllimlərin sertifikasiya imtahanına cəlb olunmasını tənqid edən sosioloqun fikrincə, 30 ildir şagird hazırlayan, özü məktəb olan müəllimi kimlər, niyə, nə üçün imtahana çəkməlidir? Nazirlik universitetlərin verdiyi təhsilə güvənmir demək, verdiyi diplomun sertifikasiya təsdiqini gözləyir:
"Müəllimlər sertifikasiya ərəfəsində başını itirir. Məcburən məktəbdəki dərslərini atırlar bir kənara, imtahana hazırlaşırlar. Əgər müəllimləri imtahan edəcəksə, o zaman müvafiq nazirlik bunun üçün imkan və şərait yaratmalıdır müəllimə. Pullu kurs yerinə dövlət kursları, imtahana salınacaq mövzu siyahısı, vahid kurikulum-metodika vəsaiti və sınaq imtahanları təqdim etməlidir. Ekspertlər fənlər üzrə imtahanlar, orada istifadə olunacaq testlərin mahiyyətini izah etməlidir. Müəllim, məktəb şagirdi qəbul imtahanına hazırlaşdığı kimi imtahana hazırlaşmamalıdır, o öz imtahanını zamanında verib, illərdir müəllimlik edərək biliyini də sübut edib, əməkhaqqı da bu illərinə görə hesablanmalı, gənc həmkarından daha yüksək məvacib almalıdır. İşə qəbul mərhələsində gənc kadrlar onsuz da MİQ imtahanına girir, biliyinin sayəsində iş yeri qazanır. 50-60 yaşındakı müəllimin biliyini yoxlamaqda məqsəd nədir?!”.

L.Mehralının sözlərinə görə, sertifikasiyaya heç bir ali məktəbdə öyrədilməyən materialların salınması da çox absurddur. Repetitor köməyi ilə sertifikasiyaya hazırlaşan müəllimlər bu material barədə məlumatlı olur, bəs repetitorsuz hazırlaşan müəllimlər? Sertifikasiya aparılırsa, o zaman bütün təhsil işçiləri – müvafiq nazirlik də daxil imtahandan keçsin: "Müəllimə heç bir təlim, treninq təşkil etmədən sertifikasiyaya göndərmək doğru deyil. Hər gün bir sistem tətbiq edilən təhsilimiz oyuncaq olmamalıdır. Baloniya, kurikulum sistemləri tətbiq edilirsə, məktəblərdə bu sistemlərin tətbiqi üçün müvafiq şərait yaradılmalıdır.
Sertifikasiyada 50-dən çox bal yığan müəllimlər, əlbəttə, alqışlanmalıdır. Lakin 30-40 bal yığan müəllimlərə qarşı olan stiqma da yığışdırılmalıdır. Müəllim də insandır, imtahan ərəfəsində həyəcanlana, texnoloji bacarıqlarının az olması səbəbindən kompüterləşdirilmiş imtahana adaptasiya ola bilməyə də bilər. Azərbaycan təhsili tək 50 baldan yuxarı toplayan müəllimlərin nəticəsi üzərində qurulmayıb. Şagirdi öyrətmək, yaxşı pedaqoq olmaq bala görə müəyyən edilmir, edilməməlidir. Siz o müəllimin sinifdəki performansının, universitetə qəbul olan şagirdlərinin sayını öyrənin”.


 

Son xəbərlər

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Bütün xəbərlər