Antiterror əməliyyat planı masada: Qısa zamanda icra olunacaq – Polkovnik AÇIQLADI

 

 

Azrbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının nəzarəti altında olan bölgələrdə qanunsuz erməni silahlılarının yenidən özləri üçün hərbi mövqelər qurması mümkün deyil. Bunun qarşısı qəti şəkildə alınır. Çünki burada mühəndis-istehkam, yəni fortifikasiya işləri uzunmüddətli müdafiə üçündür. Bura səngərlər, müdafiə zonaları daxildir. Hətta tank əleyhinə xəndəklərin qazılması da bura aiddir.

Turantv.AZ bildirir ki, bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O qeyd edib ki, qanunsuz erməni silahlıları 30 ildən çoxdur bu cür fortifikasiya işləri aparır:

"Çünki burada əsgər dayanırsa, onun üçün mütləq ki, müdafiə imkanları təmin olunur. Amma bütün bunlar Azərbaycan Ordusunun mümkün həmləsinə qarşı keçərli və dayanıqlı deyil. 30 il onlar burada özləri üçün səngər qazdılar, sədlər qurdular. Nəticədə, Azərbaycan Ordusu 44 gündə bütün bu istehkamları darmadağın etdi”.

Hərbi ekspert hesab edir ki, hazırda Qarabağda yaşayan dinc ermənilər əslində Azərbaycana reinteqrasiya olmaq, normal şəraitdə yaşamaq istəyir:

"Amma buna qarşı çıxan separatçılar mümkün qədər sadə ermənilərin Azərbaycan bayrağı altında yaşamasına maneçilik törədir. Separatçılara isə bu işdə ərazidə olan rus sülhməramlıları kömək edir. Əgər Qarabağda yaşayan ermənilər Azərbaycana reinteqrasiya olsa burada rus sülhməramlılarının mövcudluğuna ehtiyac qalmayacaq. Ona görə də, rus sülhməramlıları separatçıları müəyyən məsələlərdə təxribata təşviq edir”.

Polkovnikin fikrincə, Azərbaycan dövlətinin sözsüz ki, bu kimi təxribatlara sona kimi səbrlə yanaşmaq niyyəti yoxdur:

"Ona görə də, Ermənistana məxsus qanunsuz silahlılara və separatçılara qarşı Azərbaycanın sərt addımlar atması təbiidir. Çünki bu təxribatlara son qoymaq üçün antiterror əməliyyatlarının icrası qaçılmazdır. Azərbaycanın antiterror əməliyyat planı masa üstündədir. Hər an Azərbaycan Ordusu öz ərazisindəki qanunsuz silahlılara qarşı antiterror əməliyyatı apara bilər. Antiterror əməliyyatlarının aparılması ilə bağlı qərar verildiyi təqdirdə Silahlı Qüvvələrimiz qısa zamanda orada olan bütün qanunsuz silahlıları təksilah etməyə qadirdir. Əslində bunu ermənilər və rus sülhməramlıları da yaxşı bilir”.

Şair Ramaldanova görə, sadəcə olaraq Azərbaycan üçtərəfli bəyanatın bəndlərinin sona kimi icrasını tələb edir:

"Bu olmayacağı təqdirdə Azərbaycan məsələ ilə bağlı konkret vaxt müyyənləşdirib orada olan erməni hərbçilərin tərksilah edilməsini tələb edəcək. Onlar buna əməl etməyəcəyi təqdirdə Azərbaycan güc variantından istifadə edəcək. Bu, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən hüququdur. Əgər bir ölkə daxilində onun qanunlarına tabe olmayan silahlı varsa, o terrorçu hesab edilir. Belə olduğu bütün dünyada terrora qarşı qəbul edilmiş ən təsirli variant olan güc tətbiq olunur”.

Son xəbərlər

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Bütün xəbərlər