Zelenskinin nümayəndəsi: “İran Rusiya ilə birgə Ukraynada mülki əhalinin öldürülməsinə məsuliyyət daşıyır”



"İran Rusiya ilə birgə Ukraynada mülki əhalinin öldürülməsinə görə məsuliyyət daşıyır”.

Bunu "Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) "Xalqın xidmətçisi” Partiyasının deputatı, Prezident Volodimir Zelenskinin Konstitusiya Məhkəməsində xüsusi nümayəndəsi Fyodor Venislavski deyib.

Onun sözlərinə görə, bu gün İranın Rusiyaya "Shahed”, "Mohajer-6” kimi pilotsuz uçuş aparatları (PUA) tədarük etməsi ilə bağlı heç bir şübhə yoxdur:

"Bu dronlar Ukrayna ərazisinə hücumlar həyata keçirib. Onların 99%-i mülki obyektlərə, vacib infrastruktura zərbələr endirib. Biz zədələnməmiş bu dron növlərini ələ keçirmişik. Bizim alimlərin təhlilləri açıq şəkildə təsdiq edir ki, bu dronlar İranda istehsal olunub. Buna görə də bu ölkənin istehsal etdiyi PUA-ların Ukraynaya qarşı istifadə edilməsi ilə bağlı heç bir şübhə qalmayıb”.

Fyodor Venislavski vurğulayıb ki, İran hazırda münaqişə tərəflərindən birini – Rusiyanı dəstəkləyir:

"Ukrayna Baş Kəşfiyyat İdarəsi bu dronların İrandan Rusiyaya tədarük marşrutları və sayı ilə bağlı yüz faizlik sübutlara malikdir. Odur ki, beynəlxalq hüquqa əsasən söyləyə bilərik ki, İran hazırda münaqişə tərəflərindən birini – Rusiyanı dəstəkləyir. Rusiyaya dron ixracına razılıq verən iranlı rəsmilər Ukraynada bu ölüm silahlarından istifadə edənlər kimi mülki əhali arasında itkilərə görə hüquqi və mənəvi məsuliyyət daşıyırlar”.

Deputat hesab edir ki, Ukrayna bundan sonra da beynəlxalq təşkilatlar səviyyəsində bu məsələyə reaksiya verəcək və diqqət çəkəcək:

"Qərb dünyasının İrana qarşı sanksiya təzyiqinin gücləndirilməsi məsələsində Ukrayna ilə həmrəy olacağını gözləyirik. Burada əsas məsələ İran PUA-larının Rusiyaya çatdırılması mexanizmləri və İranın bu dronları hazırlamaq imkanları ilə bağlıdır. Belə ki, bizim məlumatlarımıza əsasən, bu dron növlərinin hazırlanmasında Avropa ölkələrində istehsal edilən komponentlərdən istifadə olunur. Beynəlxalq institutlar isə bunu İrana qarşı sanksiyaların pozulması kimi nəzərdən keçirə bilərlər”.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər