Vadim Dubnov: “Paşinyan başa düşür ki, Qarabağ daha Ermənistanın nəzarətinə qaytarıla bilməz” - MÜSAHİBƏ



Son zamanlar Nikol Paşinyan və digər Ermənistan rəsmiləri bir sıra ziddiyyətli bəyanatlarla çıxış ediblər. Belə ki, Paşinyan Azərbaycanla sülh sazişinin olacağını bəyan etsə də, eyni zamanda, yenidən Bakını hansısa pozuntulara yol verməkdə ittiham etməyə başlayıb.

Əlbəttə, artıq Paşinyan öz rəftarı və açıqlamaları ilə elə bir vəziyyət yaradıb ki, onun sözlərini Azərbaycanda və Ermənistanda heç kim ciddi qəbul etmir.

ABŞ Dövlət Departamentinin açıqlamasında "davamlı sülhə doğru bəzi ruhlandırıcı irəliləyişlər” barədə danışılsa da, bölgədəki vəziyyət onu göstərir ki, hər şey eskalasiya ssenarisi üzrə inkişaf edir. Bu ssenarini isə tanınmış analitik, Qafqaz üzrə ekspert, "Azadlıq” radiosunun köşə yazarı Vadim Dubnov öz çıxışlarında proqnozlaşdırmışdı. Eyni zamanda, onun sözlərinə görə, Ermənistanı "təxirə salınmış kapitulyasiya” gözləyir.

Oxu.Az-a müsahibə verən Vadim Dubnov qeyd edib ki, həm Paşinyanın bəyanatı, həm də ABŞ Dövlət katibi Antoni Blinkenin sülh müqaviləsinin yaxınlarda imzalanacağı ilə bağlı söylədikləri çox qəribə açıqlamalardır:

- Mən hesab edirəm ki, bu, "bərbad qabaqlama” oyundur. Guya hər şey sülh üçün hazır idi, amma eskalasiya yaşandı və bütün kartlar qarışdı. Mənə elə gəlir ki, sülh prosesi bütün istiqamətlər üzrə dalana dirənib. Onun bütün iştirakçıları başa düşürlər ki, gərginliyin yaşanması mümkündür, əsas odur ki, bu, çox genişmiqyaslı səviyyədə olmasın. Bundan sonra isə hansısa yeni davam gələcək. Aktiv tərəf olan Bakı buna hazırdır, lakin təbii ki, genişmiqyaslı eskalasiya Azərbaycanın maraqlarına uyğun deyil. İrəvanda da hazırlıq görülüb, çünki bu, mövcud hakimiyyətə daxili siyasi problemləri həll etməyə kömək edəcək. Və təbii ki, Moskva və Vaşinqton da buna hazırdırlar. Yeganə sual bu eskalasiyanın hansı janrda və harada baş verə biləcəyidir. Qarabağda, yoxsa Azərbaycanla Ermənistan sərhədində? Əgər Qarabağda olsa, bu, Rusiya sülhməramlı kontingentinə (RMK) təzyiq kimi görünəcəkmi? Yox, əgər delimitasiya olunmamış sərhəddə olarsa, necə, bu, ötən sentyabrdakı toqquşmaların təkrarı olacaqmı?

İndi gördüklərimiz (Azərbaycan Ordusu Ermənistandan torpaq yollarla qanunsuz silah-sursat daşınmasının qarşısını almaq üçün lokal nəzarət tədbirləri görüb - red.) Rusiya sülhməramlılarına bir o qədər də toxunmur, baxmayaraq ki, bu, onları necə cavab verəcəkləri barədə düşünməyə vadar edir. Hələlik onlar növbətçi bəyanat verdilər. Bütün bunlar bir il əvvəlki "Fərrux əməliyyatı”na bənzəyir, lakin daha ciddi nəticələr verir, çünki bu torpaq yol, bəlkə də, Fərrux kəndi və yüksəkliyindən də önəmlidir. Gözləyək, görək hadisələr necə inkişaf edəcək.

- "Təxirə salınmış kapitulyasiya”ya qayıtsaq... Son hadisələr bu məntiqə uyğun gəlirmi? Ola bilərmi ki, Paşinyan öz qərarını verib və Qarabağdan imtina edib, amma o, cəmiyyətin reaksiyasından qorxaraq yekun addımı ata bilmir? Və bunu nümayiş etdirmək üçün ona eskalasiya lazımdır ki, öz cəmiyyətinə "baxın, mən əlimdən gələni etdim, amma alınmadı, məni məcbur etdilər...” mesajını ötürsün.

- Bəli, məncə, məsələ məhz elədir. Amma torpaq yolların nəzarətə götürülməsi Paşinyan üçün son arqument kimi görünmür. Nə isə daha böyük bir səbəb olmalıdır ki, Paşinyan həmkarlarına və rəqiblərinə onu təqdim edə bilsin. Amma Nikol Paşinyan özü üçün qərar verib, o başa düşür ki, Qarabağ artıq Ermənistanın nəzarətinə qayıda bilməz.

Paşinyanın iki müstəvidə problemi var. Birincisi, Moskva ilə münasibətlərdir, çünki hər iki tərəf – istər Rusiya, istər Ermənistan öz mülahizələri əsasında sülh prosesini sabotaj edirlər. Düşünürəm ki, bu yaxınlarda Rusiya Federasiyasının və Ermənistanın xarici işlər nazirlərinin Moskvada baş tutmuş görüşündə  Sergey Lavrov və Ararat Mirzoyan bu qarşılıqlı sabotajı bir yolla birləşdirməyə çalışıblar.

İkincisi isə, öz cəmiyyəti, seçiciləri ilə münasibəti, hansılar ki, sabah meydanlara çıxa bilərlər. Əgər hər şey erməni tərəfi üçün pis getsə (Bakıdan gələn ritorikaya və Azərbaycan cəmiyyətinin əhvali-ruhiyyəsinə görə bu, tamamilə mümkündür), onda on minlərlə etirazçı, o cümlədən Qarabağı tərk edəcək insanlar küçələrə çıxa bilərlər.

 - Bəs bunun fonunda Qarabağda hansısa beynəlxalq mövcudluqdan, dəfn edilmiş ATƏT-in Minsk qrupundan danışmaq nəyə lazımdır? Axı Azərbaycanın buna razı olmayacağı açıq və aydındır...

- Məncə, burada iki məqsəd var. Birincisi taktikidir: vaxt uzatmaq. İkinci məqsəd isə ümidvericidir, gələcək üçün bir növ məşq etmək. Qarabağ Ermənistanın əlindən çıxır, amma digər tərəfdən, xarici siyasətini Qərbə yönəldə bilər. Bu, İrəvanın Qərblə uzun və geniş işinin başlanğıcıdır və Qarabağ burada, sadəcə, bir fürsət və epizoddur.

- Yəni bu artıq sırf ermənilər arasındakı bir məsələdir?

- Bəli. Bunun Azərbaycana, Qarabağa heç bir aidiyyəti yoxdur. Bu, sadəcə olaraq, Qarabağ prosesinin nizamlanmasından sonra Ermənistanın öz gələcəyinə baxmaq cəhdidir.

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər