Qurban Qurbanov: “Qalatasaray”la oyun üçün digər klublardan 2-3 müdafiəçi götürə bilərik”
"Bu matç üçün digər klublardan 2-3 müdafiəçi götürə bilərik”.

"Report”un məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Türkiyə "Qalatasaray”ına qarşı keçirəcəkləri xeyriyyə oyunu barədə danışarkən deyib.

51 yaşlı mütəxəssis hələlik oyunçularla bağlı heç bir komandaya rəsmi müraciət ünvanlanmadığını bildirib:

"Çünki hesablamalarımıza görə əlimizdə 12 futbolçu qalmalıdır. Oyuna 2-3 gün qalmış digər komandalara müraciət edə bilərik. Yassin Benzia və Adama Diakabinin hazırlığı həmin vaxtadək tam bəlli olacaq. Martın 19-na kimi komandaya istirahət verdim. Hər iki oyunçu fasilədən sonra kollektivlə birgə məşq etməlidir. Amma müdafiə xəttində çatışmazlıqlarımız olacaq. Çünki əlimizdə yalnız Rahil Məmmədov, Maksim Medvedev və Kevin Medina qalacaq. Zədəli Bədavi Hüseynovun durumu bəlli deyil. Maksimin qızdırması var, ona görə bu gün ehtiyatda da deyildi. Qarşıdakı hazırlıq prosesindən çox şey asılı olacaq. Digər mövqelər üçün də klublardan futbolçular istəyə bilərik”.
O, İstanbul nəhənginin qarşısına hücumçusuz çıxmayacaqlarını söyləyib:

"Müasir futbolda bəzən mərkəz hücumçusuz daha çox oynayırlar. Həmin mövqe üçün seçim imkanımız var. Amma ehtiyac yaranarsa, hücum xətti üçün də digər klublara müraciət edəcəyik”.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ” - "Qalatasaray” görüşü saat 20:00-da başlayacaq. Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər