"Qalatasaray"ın sabiq futbolçusu: "Avropanı qorxuya salmaq lazımdır"

"Qalatasaray"ın sabiq futbolçusu: "Avropanı qorxuya salmaq lazımdır"
"Yavaş-yavaş yığma səviyyəsində lazım olan yerə qayıtmalıyıq. Final mərhələlərində oynamaq və Avropanı qorxuya salmaq lazımdır. Çünki indi heç kim bizə əhəmiyyət vermir".

"Report"un məlumatına görə, bu fikirləri Rumıniyanın "Universitatya" (Kluj) komandasının futbolçusu Qabriel Tamaş "Fanatik" nəşrinə müsahibəsində deyib.

36 yaşlı müdafiəçi deyib ki, milli komandanın inkişafı üçün futbolçular yaxşı çempionatlarda çıxış etməlidir: "Yığmanın köməyi ilə bütün Rumıniya futbolu böyüyəcək və futbolçular əvvəlkitək ad-sanlı klublara keçəcəklər. İndiki kimi Türkiyə, Azərbaycan və ərəb ölkələrinin çempionatlarında oynamayacaqlar".

Qeyd edək ki, rumıniyalı futbolçu daha əvvəl Türkiyədə "Qalatasaray", Rusiyada "Spartak" (Moskva) və İspaniyada "Selta" klublarının da formasını geyinib.


Tarix: 19-10-2020, 10:30


Bölməyə aid digər xəbərlər