"QMİ-nin Hacı Şahinə soyuq münasibəti barədə..." - Rəsmi açıqlama

Qafqaz Müsəlmanları İdarəsi və Hacı Şahin Həsənli arasında münasibətlərin soyuq olmasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu söz-söhbətlərin haradan qaynaqlandığını bilmirik. Allah Hacı Şahin Həsənliyə rəhmət eləsin. O bizim idarəmizin rəsmisi, Nəsimi rayon üzrə səlahiyyətli nümayəndəsi, Qazılar şurasının üzvü olub. Dini xadimlər səviyyəsində ən yüksək qurum Qazılar şurasıdır. İdarə də həmişə belə bir qazının olması ilə fəxr edib. Bir sözlə, o idarədə ən üst səviyyədə təmsil olunan şəxs idi”.

Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.

O bildirib ki, Hacı Şahin Həsənlinin dəfnində müavinlərdən bəziləri, eləcə də Qazılar şurasının üzvləri iştirak ediblər:

"Onları tanıyanlar bilirlər. Ona görə bu doğru yanaşma deyil. Sadəcə həmin ərəfədə böyük bir nümayəndə heyəti – Şeyxülislam başda olmaqla dini icma rəhbərləri, o cümlədən müavinlərdən ikisi Amerika Birləşmiş Ştatlarında idilər. Belə ki, İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin və Stirlinq Fondunun dəvətilə idarənin böyük heyəti fevralın 27-dən Yuta Ştatının paytaxtı Solt-Leyk-Sitidə səfərdə olublar. Səfərlə bağlı mətbuatda da məlumatlar dərc olunub. Onlar burda olmadıqlarına görə dəfndə iştirak edə bilməyiblər.

Hazırda Təzə Pir məscidinin zalında hazırda Hacı Şahin Həsənlinin cümə axşamı mərasimi keçirilir. Şeyxülislam da başda olmaqda idarənin rəsmiləri hacının cümə axşamı mərasimində iştirak edirlər.

Hacı Şahin Həsənli idarənin ən üzdə olan, tanınmış şəxslərindən biri olub. Buna görə aralarında soyuq münasibətdən söhbət gedə bilməz”.

Rəhimə Dadaşova bildirib ki, vaxtilə Hacı Şahin Həsənli də Həcc ziyarəti zamanı zəvvarlara rəhbərlik edib:

"Bu, xüsusi vəzifə, imtiyaz deyil. Müxtəlif illərdə din xadimləri bu və digər qruplara rəhbər kimi təyin ediliblər. Hamısı bu işdə iştirak edib, o cümlədən də Hacı Şahin. Bu vəzifə deyil, sadəcə dini vacib aktların yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək üçün din xadimlərimizi Həcc ziyarətlərinə cəlb etmişik. Həmişə olub və belə də davam edir”.

Qeyd edək ki, fəlsəfə professoru Niyazi Mehdi saytımızda bu gün yayımlanan müsahibəsində Hacı Şahinin dəfninə QMİ-nin soyuq münasibət göstərdiyi barədə danışıb: "İndi eşidirəm ki, Hacı Şahinlə Qafqaz Müsəlmanları İdarəsinin soyuqluğu olub, bu idarənin təmsilçiləri dəfn mərasiminə qoşulmayıblar. Belədirsə ayıb iş olub. Müsəlmanlar idarəsi bu dedi-qoduya aydınlıq gətirməlidir

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər