Hacı İbrahimlə bağlı qərar veriləcək

"Kanal1.az"
İş adamı Hacı İbrahim Nehrəmliyə məxsus "Avesta Konserni” MMC məhkəməyə verilib.

İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir.

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır. Martın 12-də hazırlıq iclası keçirilib. Məhkəmə baxışı aprelin 5-nə təyin edilib.

MMC-nin vergi borcuna görə məhkəməyə verildiyi bildirilir.

Hacı İbrahim Nehrəmli Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.

Sahibi olduğu "Avesta Konserni” MMC tikinti şirkətidir. Şirkət "Xəzər adaları” layihəsinin sayəsində populyarlıq qazanmışdı. Bu layihənin müəllifi də Hacı İbrahim Nehrəmli idi. Lakin iş adamı layihəni başa çatdıra bilmədi. Bunun əsas səbəblərindən biri 2015-ci ildə "Beynəlxalq Bank”dakı kredit qalmaqalı idi.

Həmin vaxt məlum olmuşdu ki, Hacı İbrahim Nehrəmli "Xəzər adaları” layihəsi üçün bankdan 850 milyon manat kredit götürüb. Odövrkü məzənnə ilə bu, 1 milyard dollardan artıq edirdi. Lakin iş adamı borcunun 450 milyon manat olduğunu iddia edirdi. İş adamı krediti ödəmədiyinə görə 2015-ci il mnayın 13-də Baş Mütəşəkki Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) əməkdaşları tərəfindən saxlanmışdı. Hacı İbrahim bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı.

Bir neçə gün əvvəl isə, "Avesta Konserni”ndə baş mühasib işləyən Vaqif Bağırovun cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı məlumat yayılmışdı. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. Bildirilir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin icraatında araşdırılacaq. Vaqif Bağırov "İnterpol” xətti ilə beynəlxalq axtarışa verildikdən sonra həbs edilib.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər