Vaxtanq Maisaya: “Azərbaycan ekoloqlarının aktivliyi öz bəhrəsini verir”



Azərbaycanlı ekofəallar artıq dördüncü gündür ki, Şuşa-Xankəndi yolunda etirazlarını davam etdirirlər. Onlar yerli mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Oxu.Az sözügedən hadisələri şərh etmək üçün Gürcüstanın milli təhlükəsizlik məsələləri üzrə mütəxəssisi, siyasi elmlər doktoru, professor Vaxtanq Maisayaya müraciət edib.

Ekspert Azərbaycana məxsus olan mədənlərin separatçılar tərəfindən istismar edilməsindən hiddətləndiyini bildirib.

- Erməni separatçı David Babayan artıq açıq etiraf edib ki, onlar Qarabağda mədənləri istismar edirlər...

- Sizə daha çoxunu deyim, bu "boz zona”da emal müəssisələri də var, qızıl filizindən fabrik məmulatları alınır. Yeri gəlmişkən sırf emal, həmçinin son məhsulun istehsalı üçün qızıl və filiz Qarabağa kənardan da gətirilirdi.

- Son hadisələr fonunda Ermənistan müxalifəti fəallaşıb. Düzdür, onlar kifayət qədər ləngdirlər. Səslənən fikirlərdən belə nəticə çıxır ki, onlar baş nazir Nikol Paşinyanın istefasını və bəzi beynəlxalq sülhməramlı qüvvələrin Ermənistana daxil olmasını istəyirlər. Müxalifət fəalları Ermənistan deyəndə Qarabağı da ora daxil edirlər.

- Qarabağın da daxil olduğu Ermənistan ərazisi - bu təəccüblü bir şeydir. Amma mənə elə gəlir ki, Ermənistan Respublikasında hərbi çevriliş ola bilər. Orada "Qarabağ klanı”nı hakimiyyətə qaytarmaq istəyən siyasi qüvvələr var. Müxalifət özünün bəzi təşəbbüslərinin beynəlxalq səviyyədə təbliğatını qurmağa cəhd edə bilər ki, bu da Ermənistan-Azərbaycan nizamlanmasına münasibətdə özünü çox qəribə aparan Fransanın mövqeyində özünü büruzə verir. Ruben Vardanyanın timsalında Rusiyada yaşayan və bir müddət əvvəl Ermənistana, oradan isə Rusiya sülhməramlılarının məsuliyyəti zonasına keçən erməni milyarderləri faktorunu da unutmayın. Mənə elə gəlir ki, Moskva onlardan öz "yumşaq gücü” kimi erməni cəmiyyətinə təsir etmək məqsədi ilə istifadə edir.

- Söhbətin əvvəlinə, azərbaycanlı fəalların aksiyasına qayıdaq...

-Mən xüsusilə qeyd etmək istərdim ki, bu, çox effektivdir və öz bəhrəsini verir. Azərbaycan ekoloqlarının aktivliyi beynəlxalq ictimaiyyətə Qarabağın "boz zonası”nda baş verənləri anlamağa imkan verir.

- Sizcə, Rusiya sülhməramlıları Qarabağdakı müvəqqəti məsuliyyət zonasını tərk edəcəklərmi?

- Onların həmin ərazidə yerləşmə müddəti tamamlanmayana qədər (2025-ci il) getməyəcəklər. Onlar sonrakı müddətdə də qalmağa çalışacaqlar, çünki Rusiya Federasiyasının öz geosiyasi maraqları var. Amma hər şey dünyada gedən proseslərdən asılıdır.

Son xəbərlər

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

Bütün xəbərlər