Səkkiz vətəndaşımızın minaya düşməsi: “Ermənistanın Azərbaycan xalqına qarşı terroru davam edir” - RƏY
"Ermənistanın Azərbaycan xalqına qarşı mina terroru bu gün də davam edir. Son olaraq, 8 vətəndaşımızın minaya düşməsi bunu bir daha göstərir”.

Bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bu gün Kəlbəcərdə 4-ü hərbçi olmaqla 8 nəfərin minaya düşməsi və onlardan birinin şəhid olması barədə danışarkən deyib.

O bildirib ki, Azərbaycan dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, bu günə kimi heç bir mina xəritəsi təqdim olunmayıb:

"Verilən xəritələr isə düzgün olmayıb, səhihliyi şübhə altında olub və cəmi 25 faizi doğru çıxıb”.

Bu günədək 276 Azərbaycan vətəndaşının minaya düşdüyünü xatırladan deputat çoxlu sayda insanın dünyasını dəyişdiyini vurğulayıb:
"Müharibənin bitməsinə baxmayaraq, Ermənistan bu gün də öz ərazisində istehsal etdiyi minaları bizim torpaqlarımızda basdırmağa davam edir. Bu yaxınlarda Sarıbaba dağında aşkarlanan partlayıcı maddələr də onu göstərdi ki, Ermənistan Azərbaycana qarşı bu siyasəti hələ də davam etdirir”.


C.Məmmədov Azərbaycanın dəfələrlə məsələ qaldırmasına baxmayaraq, beynəlxalq qurumların buna heç bir reaksiya verməməsinin təəssüf doğurduğunu söyləyib:

"Bu səbəbdən minaların basdırılması prosesi davam edir. Proseslər göstərir ki, Azərbaycan vətəndaşları ermənilərin basdırdığı minalardan uzun illər əziyyət çəkəcək. Ermənistanı müdafiə edən bir sıra dövlətlər, ayrı-ayrı qurumlar bu cinayət əməllərini qəti şəkildə pisləməlidir. Ermənistana ciddi təzyiq göstərilməlidir ki, onlar minaların dəqiq xəritəsini Azərbaycana versin və bu istiqamətdə zəruri addımlar atılsın”.

Qeyd edək ki, Baş Prokurorluq, Müdafiə və Daxili İşlər nazirliklərinin yaydığı birgə məlumatda dekabrın 14-də təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 əməkdaşının Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşdüyü qeyd olunub. Bildirilib ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub. Hazırda faktla bağlı Kəlbəcər Rayon Hərbi Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

Bütün xəbərlər