Terrorçudan terrorçuya "hədiyyə" - Molla rejimi Ermənistanı ona görə silahlandırır ki...

Azərbaycanın, 2020-ci ildə uğurlu Vətən müharibəsi apararaq öz torpaqlarını işğaldan azad etməsindən, bu ərazilərdə İran üçün münbit narkotik və silah qaçaqmalçılığı marşrutlarını bağlamasından sonra Tehranın, ölkəmizə qarşı indiyədək gizli apardığı düşmənçilik siyasətini artıq açıq müstəviyə keçirməsinin şahidi oluruq.

Publika.az xəbər verir ki, bugünlərdə Tehran respublikasının növbəti dəfə Ermənistana gizli yollarla silahlar göndərdiyi məlum olub. Belə ki, oktyabr ayında molla rejimi gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib.

Göndərilən raketlər Ermənistana satılmayıb, hədiyyə kimi, qarşılıqsız verilib. Verilən raketlərin 500 ədədi "Dehlaviyeh”, 100 ədədi isə "Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksidir.

Qeyd edək ki, "Dehlaviyeh” TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, "Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb.

Maraqlıdır, İranın Ermənistana hədiyyə etdiyi bu raketləri İrəvan hansı dövlətə qarşı istifadə edə bilər? Yalnız Azərbaycana qarşı. Yəni İran, raketlərin məhz Azərbaycana qarşı istifadə oluna biləcəyini bilə-bilə onları hədiyyə edir. Bu o deməkdir ki, sabah yaralanan və ya şəhid olan hər bir azərbaycanlının qanı həm də özünü "islam respublikası” adlandıran İranın əlində olacaq.

Bu istiqamətdə öz fikirlərini Publika.az-a açıqlayan Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, İranın bu hərəkətləri tam təbiidir: "Bilirsiniz ki, İran bütün dünya ölkələri tərəfindən terroru dəstəkləyən dövlət kimi tanınır. Ermənistan isə bizim bölgənin əsas terrorçu ölkəsidir. Tehran parlamentində dəfələrlə bəyan edilmiş "eyni amal, iki dövlət” düsturu ilə öz terrorçu qardaşlarını həm müharibə zamanı dəstəkləyib, həm də indi Ermənistanı gücləndirməyə çalışır”.

Onun sözlərinə görə, molla rejimi onların qardaşı olan Ermənistanı ona görə gücləndirməyə çalışır ki, onlar mülki əhaliyə qarşı yeni-yeni terror aktları həyata keçirə bilsinlər: "Bu baxımdan indiki hərəkətlər tam təbiidir. Özünü islam dövləti kimi tanıtıdrmaq istəyən Tehran respublikası islam dəyərlərinə yox, şeytan dəyərlərinə xidmət edir və ümidvaram ki, təbii olaraq zamanı çatanda mütləq Tanrının cəzasına yetişəcək”.

Asim Mollazadə deyib ki, tank əleyhinə idarəolunan bu raketlərin atılması nəticəsində həlak olan hərbçilərin qanında İranın əli var: "Bir daha qeyd etmək istəyirəm ki, şeytana, terrora xidmət edən qüvvələrin cəzasının veriləcəyi gün uzaqda deyil”.

Azərbaycanda belə bir məsələ var: İt, itin ayağını basmaz. Yəni həm də terrorçu terrorçunun.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər