Latviya xarici işlər naziri: “Ukraynanın Rusiyadakı hərbi obyektlərə zərbə endirmək hüququ var”
"Ukrayna
Rusiya daxilindəki hərbi obyektlərə zərbə endirmək hüququna malikdir.
Çünki bu, onun mühüm infrastruktur obyektlərinə hücumların qarşısını ala
bilər. Lakin müttəfiqlər, o cümlədən ABŞ düşmənə zərbə vura biləcək
silahların göndərilməsini ləngidir”.
Bu barədə Latviya xarici işlər naziri Edqars Rinkeviçs bildirib.
"Biz
ukraynalılara icazə verməliyik ki, onlar silahlardan bu əməliyyatların
start götürdüyü raket obyektlərini və ya aerodromları hədəf almaq üçün
istifadə etsinlər”, - deyə Rinkeviçs NATO xarici işlər nazirlərinin
Buxarestdə keçirilən iclası çərçivəsində verdiyi müsahibədə deyib.
O həmçinin əlavə edib ki, müttəfiqlər eskalasiyadan qorxmamalıdırlar.
ABŞ
Ukraynanın silahlardan hansı məqsədlərlə istifadəsinə dair
məhdudiyyətlər qoymayıb. Lakin indiyədək Rusiya daxilinə zərbələr üçün
kifayət qədər uzaqmənzilli silahlarla təmin etməkdən də imtina edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay