Çexiyada Rusiya səfirliyinin işıq və qazını kəsmək təklif edildi: “Qoy soyuqdan donsunlar”
Çexiyada Rusiya Federasiyasının Praqadakı səfirliyinin qaz, işıq və su təchizatının kəsilməsini tələb edən petisiya yaradılıb.
Petisiya
"Petice.com” saytında dərc olunub. "Twitter”dəki "Dárek pro Putina”
layihəsi təklif edib ki, qoy Rusiyanın Praqadakı səfirliyi elə "öz
qaynatdığı şorbadan dadsın”.
"Biz elektrik və su
tədarükçülərindən Praqada Rusiya Federasiyasına aid olan bütün binaların
təchizatını dayandırmalarını istəyirik. Qoy onlar da kiyevlilər
kimi hava qaraldıqdan sonra soyuqdan donsunlar”, - deyə məlumatda qeyd
edilir.
Petisiyanın mətnində deyilir ki, Rusiya ordusu artıq neçə
həftədir ki, Ukraynanın şəhər və kəndlərini raket atəşinə tutur. Atışma
nəticəsində təkcə yaşayış binaları, məktəblər, uşaq bağçaları, mağaza
və fabriklər deyil, xəstəxanalar da işıqsız qalır.
"Görünür,
Rusiya Ukraynanı qaranlıq və soyuqla sındırmaq qərarına gəlib. Yüksək
mənəvi prinsiplər nöqteyi-nəzərindən çıxış edərək biz müvafiq dövlət və
özəl enerji paylayıcılarından xahiş edirik ki, Praqadakı rusiyalı
diplomatlara elə "öz əməllərindən dadmalarına” imkan versinlər. Xahiş
edirik ki, Rusiya Federasiyasının bütün əmlakı qazdan, sudan və işıqdan
məhrum edilsin”, - deyə petisiya müəllifləri qeyd ediblər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay