Rusiya qoşunlarını hazırlıq vəziyyətinə gətirir: Sərhəddə “gərginləşmə”ni gözləyir
Rusiya öz qoşunlarını Rusiya-Ukrayna sərhədində "gərginləşmə”yə hazırlayır.
Rusiya tərəfi bununla bağlı yaydığı informasiyada bildirir ki, bu, guya noyabrın 23-dən 28-ə kimi baş verəcək.
"Düşmən məlumat yayır ki, noyabrın 23-dən 28-dək Rusiya-Ukrayna
sərhədində "vəziyyət gərginləşəcək” və buna görə də öz qoşunlarını
hazırlıq vəziyyətinə gətirir. Eyni zamanda onlar gözləyir ki, guya "NATO
və Ukrayna sülhsevər Belarus və Rusiya sərhədlərinin ələ keçirilməsini
tələb edəcək”, - deyə Qromov qeyd edib.
Qromov bunun bu ilin sentyabrında belarusların keçirdiyi təlim ssenarilərini xatırlatdığına diqqət çəkib.
"Bu deyilənlər fonunda Belqorod vilayətindəki Rusiya qoşunları "Ukrayna
təxribat-kəşfiyyat qrupları”nın qarşısını almaq üçün mina sahəsi
quraşdırmalıdırlar. Bunu nəzərə alsaq, sərhəddə Rusiyanın təxribat
törədə biləcəyini demək olar”, - deyə Qromov əlavə edib
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay