Deputat: “Lideri İlham Əliyev olan xalqın həyat tərzində məğlubiyyət sindromu yoxdur”



"Tarix insanın arzu-əməli ilə naxışlanır. Təqvimin hansısa gününü şərəfləndirən də, kədərə bələyən də insandır. Fikir dahisi Helvetsi "tarix hadisələrin romanı, roman isə duyğuların tarixidir” deməklə nə qədər haqlı imiş. Xalqımızın tarixində elə günlər, o günləri tarixə yazan elə hadisələr var ki, əbədi yaşayacaq, heç vaxt unudulmayacaq”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov Ali Baş Komandanın tapşırıqları əsasında Azərbaycan Ordusunun qalibiyyəti ilə nəticələnən 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə bağlı fikirlərini bölüşərkən deyib.
O bildirib ki, tarixə Zəfərlə yazılmış 44 günlük Vətən müharibəsinin hər günü qəhrəmanlıq tarixinin parlaq səhifəsidir. Lakin bu müqəddəs savaşın taleyini həll edən, düşmənə məğlubiyyətini qəbul etdirən Şuşanın azad edildiyi 8 Noyabr - Zəfər Günü yürüşünün zirvə nöqtəsi kimi daha yüksək məna və mahiyyət daşıyır:

"Həmin gün tarixə Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də xalqa müraciətində söylədiyi "Əziz Şuşa, sən azadsan!” xitabı ilə qızıl hərflərlə yazıldı. Bu dörd sözün yaratdığı təntənə son yüz ildə faciə, soyqırımı, işğal nisgili yaşayan xalqa sonsuz sevinc, qürurlu anlar yaşatdı.

Qalib Komandanın bu tarixi müraciətindən sonra xalqımızın yaşadığı qürur və sevinc dalğası səngimək bilmir. Üstündən iki il keçsə də, bu xəbəri indicə eşidirmişik kimi qulaqlarımızda elə hey əks-səda verir, yüz illər keçsə də, eyni qürur və əzəmətlə səslənəcək. Mənəvi paytaxtımızın düşməndən azad edilməsi yalnız milli ruhumuzun yüksəlişi deyildi, bu həm də müzəffər ordumuzun dünya hərb tarixinə yazdığı yeni bir hünər dastanı idi.

Təxminən, bir qərinə əvvəl düşmənə xaincəsinə təslim edilən əfsanəvi qala şəhərimiz həmin gün öz doğma sakinlərinə yenidən və həmişəlik qucaq açırdı. Şuşa yad ayaqların tapdağından, üzücü işğaldan qurtuldu. Bu torpaqda yaşamağa haqqı olanlar heyrətamiz bir qəhrəmanlıqla, əlbəyaxa döyüşlə, süngü ilə mədəniyyət beşiyimizi yadlardan təmizləmişdilər. Həmin gün Şuşada, işğaldan azad olunan digər tarixi torpaqlarımızda dalğalanan mübarək bayrağımız milli heysiyyətimizi və qalib əsgərimizin zəfərini ali bir təntənə ilə təcəssüm etdirdi”.

Deputat onu da əlavə edib ki, qalib Komandanın bu tarixi gündə Şəhidlər xiyabanını və ümummilli liderin məzarını ziyarət etməklə bu günümüzün zəfər təntənəli ehtiramını dünənimizin şərəf ünvanlarına qovuşdurdu, mənəvi bütövlük vəhdətini yaratdı:

"Vətən yolunda can verən qəhrəmanların, Azərbaycan dövlətinin qurucu liderinin ruhunu şad edən Ali Baş Komandan sanki Qələbə hesabatı verirdi. Bəli, unudulmaz Heydər Əliyevin ordu quruculuğu prosesinin - hərbi-siyasi doktrinasının məntiqi sonluğunun nəticəsi olaraq Prezident İlham Əliyevin sərkərdəliyi altında xalqımızın ən önəmli arzusu reallaşdı, tarixi ədalət bərpa olundu.

Müstəqilliyimizin ilk illərində yaranmış xaos, siyasi böhran, uğursuzluq təkcə daxili, xarici siyasətdə deyil, bütün cəbhə boyu ağır izlər qoymuşdu. Ölkədə vahid ordu komandanlığının olmaması, müdafiə sistemi rəhbərliyinin naşı, qeyri-peşəkar insanlara həvalə olunması faciələrlə nəticələnmiş, ölkəmizin 20 faiz torpağı işğal olunmuşdu, bir milyon soydaşımız doğma yurdundan uzaq düşərək öz Vətənində qaçqın-köçkünə çevrilmişdi. Ən dəhşətlisi isə, ötən əsrin müdhiş Xocalı faciəsini yaşamışdıq. Xocalı faciəsi onu göstərirdi ki, düşmənin xain iddiası təkcə torpaqlarımızın işğalı deyil, həm də xalqımızı soyqırımından keçirmək, Yer üzündən silməkdir.

Bütün bunlar az imiş kimi, 30 il torpaqlarımızı işğal altında saxlayan nankor qonşularımız beynəlxalq hüququn normalarına, rəsmi Bakının barış siyasətinə məhəl qoymayaraq təhdid dolu bəyanatlar verməkdən çəkinmir, yeni torpaq iddiaları səsləndirirdi. 2020-ci ilin yayında Ermənistan silahlı qüvvələri cəbhə xəttində mövqelərimizə hücum edərək Tovuz və digər istiqamətdə təxribatlar törətdilər. Beynəlxalq təşkilatlar, problemi həll etməyi öhdəsinə götürmüş ATƏT-in keçmiş Minsk qrupu, həmsədr ölkələr erməni hərbi-siyasi rəhbərliyinin birbaşa tapşırığı  ilə törədilmiş genişmiqyaslı təxribatlara səssiz qaldılar.

Belə olan vəziyyətdə ölkəmiz öz suveren hüquqlarının müdafiəsinə qalxaraq haqq savaşını qətiyyətlə başa çatdırdı. Hərbi mütəxəssislərin, ekspertlərin keçilməz-aşılmaz saydıqları düşmən sədləri bir həmlə ilə dağıdıldı, qüdrətli ordumuz insanlıq simasını itirmiş düşməni diz çökdürərək qələbənin Şuşa zirvəsini fəth etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni ordusunun qalıqları fərari kimi döyüş meydanından qaçdı. Vətən azad olundu, ümumxalq nisgili bitdi, ölkə bayrama qərq oldu.

Azərbaycan Ordusunun apardığı zəfər əməliyyatı düşmənə təslim olmaqdan başqa seçim buraxmadı. Noyabrın 10-da rəzil hala saldığımız Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. İmzalanan bəyanata əsasən, Ağdam, Kəlbəcər, Laçın rayonları bir güllə atılmadan, qan tökülmədən boşaldıldı. Ozamankı hərbi situasiyaya görə Azərbaycan Ordusu düşmənin hərbi birliklərinin qalıqlarını mühasirəyə salıb məhv etmək imkanında idi. Amma rəsmi Bakı yenə də humanizm prinsiplərinə sadiq qalaraq sülhü üstün tutdu.

10 Noyabr sənədi Azərbaycanın tam şəkildə qələbəsini rəsmiləşdirməklə Ermənistanın işğalçı dövlət olaraq məğlubiyyətini təsdiqlədi, 30 illik işğala nöqtə qoydu. 1918-ci ilin 28 mayı birinci, 1991-ci ilin 18 oktyabrı isə ikinci dəfə istiqlalımızı dünyaya elan etdiyi kimi, 8 noyabr da müstəqilliyimizin məkanı olan Vətən torpaqlarının bütövlüyünü təmin etdi. Çağdaş tariximizə Zəfər kimi şanlı bir gün yazıldı.

Məsuliyyətsiz, gülünc bəyanatları ilə hərbi-siyasi şou düzəldən erməni rəhbərliyi  Azərbaycanın Prezident-Ordu-Xalq birliyinin rəmzinə çevrilmiş "Dəmir yumruğ”un vəhdəti qarşısında miskin, çarəsiz duruma düşdü. Xarizmatik liderin, vahid iradəli xalqın, qəhrəman ordunun gücünü görən düşmən qüvvələr də çarəsiz qaldılar. Anladılar ki, lideri İlham Əliyev olan xalq və onun ordusunun həyat tərzində məğlubiyyət sindromu yoxdur – bu xalq lideri ilə zəfər yolçusudur.

Heç bir təhdid, hər hansı bir qüvvə bu birliyə mane ola bilməz. Necə ki, ikifikirli dünya, ermənipərəst ölkələr bunu bacarmadılar. Çünki biz haqlı olmağımızla güclü idik. Bu miskin tör-töküntülərin əcdadları bir zamanlar istiqlal savaşında qalib gələn qardaş Türkiyəyə qarşı da eyni münasibət sərgiləmişdilər. Ötən əsrin əvvəlində türk soyuna düşmən kəsilən bədxah qüvvələr böyük Atatürkün, müasir tariximizdə isə oxşar ssenari ilə Prezident İlham Əliyevin liderliyi qarşısında duruş gətirə bilmədilər. Atatürkün sərkərdəliyi qüdrətli Türkiyə Cümhuriyyətinin qurulması ilə nəticələndi. Ulu öndər Heydər Əliyevin  misilsiz xilaskarlıq missiyası ilə Prezident İlham Əliyev tarixdə ilk dəfə itirilmiş əraziləri geri qaytararaq Azərbaycanı bütövləşdirdi. Tarixə yeni bir hünər salnaməsi yazıldı.

Zəfər savaşı ilə Prezident İlham Əliyev müasir Azərbaycan tarixinin qəhrəmanlıq romanını yazdı və özü də bu müqəddəs əsərin baş qəhrəmanı oldu. Artıq xalqımız həyatının ən xoşbəxt günlərini yaşayır. Ölkəmiz qüdrətli, Vətənimiz bütöv və azaddır.

Bizə bu sevinci yaşadan əziz şəhidlərimizin, müharibə iştirakçılarının, qazilərinin xidmətləri danılmazdır. Dünən həsrətlə, kədərlə baxdığımız torpaqlarımız bu gün quruculuq meydanına çevrilib. "Böyük qayıdış” yolunda Qarabağa köç başlayıb və proses uğurla davam edir.

Məcburi köçkün olan soydaşlarımızın dədə-baba torpaqlarında rahat yaşamaq arzusu reallaşıb. Biz yenidən Qarabağdayıq. Qarabağ isə həmişəki kimi yenə Azərbaycandır”.

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər