Mirsaleh Seyidov ölkə başçısını nə üçün və kimlərin göstərişi ilə hədəfə gətirib?
 
Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisinin "3 milyon dollarlıq” iddiasının arxasında hansı maraqlar dayanır?

İki gün əvvəl "Новости-Грузия” Azərbaycanla bağlı sensasion iddiaların əks olunduğu bir yazı dərc etdi. Əslində, bu yazıda Gürcüstan hakimiyyətində yüksək vəzifələrdə təmsil olunan bir neçə məmur, o cümlədən keçmiş baş nazir Bidzina İvanişvili hədəfə alınmışdı. Lakin burda Azərbaycanın da adı qalmaqallı rüşvət məsələsində hallandığından, mövzu diqqətimizi çəkməyə bilməzdi. Ən maraqlısı isə odur ki, iddia olunan rüşvət faktının hazırda da yüksək vəzifədə çalışan azərbaycanlı məmurlardan biri tərəfindən açıqlandığı vurğulanır...

Dəyərli oxucuların diqqətində çatdıraq ki, müxalifyönlü Apsny.ge saytının da dərc etdiyi məlum yazıda azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstan hakimiyyətinin rəhbər şəxslərinə qarşı iddiasından söhbət açılır. Məlumata əsasən, Gürcüstan prokurorluğunda ifadə verən jurnalist iddia edib ki, "Azərbaycan onun Tiflisdən oğurlanmasına görə Gürcüstana 3 milyon dollar ödəyib”.


Əfqan Muxtarlı

"Gürcüstan prokurorluğu Muxtarlını 2017-ci ilin mayında Tiflisdə oğurlanması işi üzrə rəsmi olaraq zərərçəkmiş kimi tanıyıb. Avropada siyasi qaçqın kimi qəbul edilən Muxtarlı indi onun oğurlanmasının təşkilində əlinin olduğunu düşündüyü Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvili və daxili işlər naziri Vaxtanq Qomelaurinin dindirilməsini və hüquq qarşısında cavab verməsini tələb edir. Bundan başqa, azərbaycanlı jurnalist tələb edir ki, Qomelauri vəzifəsindən getsin”, - deyə yazıda qeyd olunur.

Xatırladaq ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin bu yaxınlarda həbs edilən sabiq rəis müavini Soso Qoqaşvili qalmaqallı açıqlamalarının birində Muxtarlının "Tiflisdən oğurlandığını” və Azərbaycan tərəfinə keçirilməsinin Gürcüstan xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğunu təsdiqləyib.

Qoqaşvili bu əməliyyatla bağlı məsuliyyəti Dövlət Təhlükəsizlik Xidmətinin o vaxtkı rəhbəri Vaxtanq Qomelaurinin üzərinə qoyur. O iddia edir ki, "Bidzina İvanişvilinin də Muxtarlının oğurlanması və qarşı tərəfə verilməsi planlarından xəbəri olub”.

Bu baxımdan, Əfqan Muxtarlının vəkili Arçil Çopikaşvili jurnalistlərə açıqlamasında bildirib ki, İvanişvili və Qomelauriyə qarşı hüquq müstəvisində hər hansı tədbir görülməzsə, məhkəməyə müraciət edəcəklər: "Əgər prokurorluq İvanişvili və Qomelaurinin ifadələrini almazsa, biz ilk növbədə Gürcüstan məhkəməsinə, burada bütün instansiyalardan keçdikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Qanun İvanişvili və Qomelaurinin ifadə vermələrini tələb edir, bundan imtina edə bilməzlər”.

Şübhəsiz, Əfqan Muxtarlı Gürcüstan rəhbərliyinin göstərişi ilə oğurlandığını iddia edirsə, məsələnin hüquq müstəvisində araşdırılmasını tələb etmək onun haqqıdır. Amma bizim üçün maraqlı olan onun Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi, ədliyyə polkovniki Mirsaleh Seyidovla bağlı verdiyi açıqlamadır: "Bu binada Azərbaycan Penitensiar Xidmətinin rəisi müavini Mirsaleh Seyidovun mənə Azərbaycanın mənim oğurluğuma görə Gürcüstana 3 milyon dollar ödədiyini dediyi haqda ifadə vermişəm”.


Mirsaleh Seyidov

Əlbəttə, Muxatarlının bu açıqlaması kifayət qədər ciddi bir iddiadır. Hərçənd ki, Azərbaycanın bu iş üçün Gürcüstan tərəfə 3 milyon verdiyi inandırıcı deyil. Amma bu həqiqət olsa belə, Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi kimi mühüm vəzifənin sahibi olan Mirsaleh Seyidovun Əfqan Muxtarlıya belə bir informasiya ötürməsi heç də təsadüf ola bilməz. Doğrudur, kimlərsə iddia edə bilər ki, "Mirsaleh Seyidov belə bir açıqlama verməyib, Əfqan Muxtarlı hansısa səbəblərdən onun adını çəkir”. Maraqlıdır, o halda jurnalist niyə məhz M.Seyidovun adını çəkir? Üstəlik, onu da nəzərə almalıyıq ki, Muxtarlı bu məlumatı sadəcə mediaya ötürməyib, o, Gürcüstan prokurorluğuna verdiyi ifadəsində belə bir iddia irəli sürüb və məsələnin araşdırılmasını tələb edib. Belə olduğu halda, Mirsaleh Seyidovun bilərəkdən, yaxud da bilməyərəkdən ona belə bir məlumat ötürdüyü istisna olunmamalıdır.

Bəs, M.Seyidovun birbaşa Azərbaycan rəhbərliyini, xüsusən də Prezident İlham Əliyevi hədəfə gətirən bu açıqlamanı verməkdə məqsədi nə olub? Heç kimə sirr deyil ki, Ə.Muxtarlı "oğurlanmazdan” əvvəl məhz Prezident ailəsini hədəfə alan yazılarla çıxış edirdi. Əgər ortada 3 milyonluq iddia varsa və bundan xəbərdar olan Mirsaleh Seyidov məlum "faktı” açıqlayıbsa, deməli, birbaşa ölkə başçısının hədəfə alınmasında maraqlı olub. Çünki o, jurnalistin bu informasiyanı ictimailəşdirəcəyinə zərrə qədər də şübhə etməyib. Belə olduğu təqdirdə, M.Seyidovun Prezident İlham Əliyevi hədəfə gətirməkdə nə kimi marağı ola bilərdi? Yoxsa bu məsələdə onun bağlı olduğu şəbəkənin maraqları olub? Hər halda, bu və digər suallar ciddi araşdırma tələb edir və güman edirik ki, müvafiq qurumların diqqətindən yan keçməyəcək.

Biz də Qafqaz.media olaraq Mirsaleh Seyidovun ölkə başçısını nə üçün və kimlərin göstərişi ilə hədəfə gətirdiyinə aydınlıq gətirməyə çalışacağıq. Bizi izləyin.

Qafqaz.media

Redaksiyadan: Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər