Azərbaycanda QIZIL XƏZİNƏSİ TAPILDI: əraziyə QOŞUN YERİDİLDİ, heç kim buraxılmır

Bu günlərdə Gürcüstan KİV-lərində, belə demək olarsa, qəribə məlumat dərc edilib. Reportiori.ge adlı saytda yer alan məlumatda ("Mtavari” agentliyinə istinadən) deyilir ki, Azərbaycanın Zaqatala rayonu ərazisində "böyük miqdarda qızıl və digər xəzinə” aşkarlanıb. Xəzinənin tapıldığı ərazi iki ölkə sərhədinə yaxındır və ətraf qoşunlarla əhatələnib, əraziyə giriş qadağan edilib.

"Kanal1.az" xəbər verir ki, "əldə olunan informasiyaya görə bir neçə gün əvvəl Zaqatala rayonunun Faldarlı kəndində əkin sahəsini şumlayıblar. Şumlama zamanı torpaq çöküb. Traktor gətiriblər və qazmağa başlayıblar. Xəzinə tapılıb: fayton, çoxlu qızıl və ölülərin qalıqları”,-xəbərdə belə deyilir.

Bildirilir ki, əraziyə giriş bağlanıb, xüsusi bölmələr gətirilib, tapıntı əraziində yerli arxeoloqlar işləyir.

"Şübhə var ki, söhbət böyük, sensasion və tarixi tapıntıdan gedir. Ərazi Alazan çayının iki-üç kilometrliyində yerləşir. "Mtavari” agentliyinə deyiblər ki, baş verənlər haqda XİN-ə də (yəqin ki, söhbət Gürcüstan XİN-dən gedir,-red.) xəbər veriblər. Yerli sakinlər tələb edirlər ki, söhbət böyük tarixi tapıntıdan getdiyi üçün qazıntılara gürcü arxeoloqları da cəlb edilsin, tarixi izlər silinməsin və ya məhv edilməsin”,-həmin məlumat bu qəribə sonluqla bitir.

Həmin ərazidə nəyin tapıldığı barədə rəsmi məlumata rast gəlinməsə də bir neçə gün əvvəl həqiqətən Faldarlı kəndi yaxınlığında qaz çəkilişi ilə bağlı hansısa torpaq işlərinin aparıldığını dəqiqləşdirə bildik. Yəni söhbət arxeoloji qazıntılardan getmir. Lakin məsələ orada hansı məqsədlə qazıntıların aparılmasında, hansısa xəzinənin aşkarlanmasında da deyil. "Xəzinə tapıntısı” barədə xəbərlər xalq arasında ilk dəfə deyil ki, dolaşır və əsasən kənd yerlərində, bu və ya digər rayonda vaxtaşırı olaraq belə söz-söhbətlər yayılır.

Məsələ bundadır ki, Azərbaycanın Zaqatala rayonu ərazisində qazıntı və "xəzinə aşkarlanması” barədə şaiyələr Gürcüstan KİV-lərində bu cür qəribə reaksiya doğurub. Yəni söhbət Azərbaycan ərazisindən gedirsə orada hansısa arxeoloji qazıntının aparılması və ya "xəzinənin tapılması” qonşu ölkənin Xarici İşlər Nazirliyini niyə maraqlandırmalıdır?

Əlbəttə, Gürcüstan xəbər agentliyinin bu məlumata olan marağı anlaşılandır, dünyanın bu və ya başqa yerində hansısa "sensasion xəzinə tapıntısı” barədə xəbərlər həmişə KİV-lər üçün maraqlı sayılıb. Amma "xəzinə” Azərbaycan ərazisində tapılıbsa və ya arxeoloji qazıntılar Azərbaycan ərazisində aparılırsa bu işə gürcü arxeoloqlarını cəlb etmək çağırışı niyə səslənir ki? Yaxud onlar hansı "tarixi izlərin” silinməsinin qarşısını almalı idilər?

Axı Gürcüstan ərazisində hansısa arxeoloji tapıntı barədə xəbərlər eşidəndə Azərbaycanda bu işlərə qarışmaq, ora arxeoloqlar göndərməyi təklif etmək heç kimin ağlına da gəlməzdi. Bir sözlə, Zaqatala rayonunda nəyin tapıldığını dəqiq bilməsək də "Mtavari” agentliyinin bu məzmunlu xəbəri əsl "tapıntıdır”...
Sabaha

Son xəbərlər

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: təxribat hazırlanır

Prokurorluq da valideynlik hüququndan məhrum edə biləcək

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Paşinyan Qarabağla bağlı həmişə bizdən xahiş edirdi ki... - Moskva sirləri açdı

Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

Bütün xəbərlər