Gündəm / Manşet
18.08.2022, 19:07
Qazi icra hakimiyyətinin qarşısında özünü yandırıb - RƏSMİ
Baş Prokurorluq Samux rayonunda Vətən Müharibəsi iştirakçısının intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.
Kanal1.az prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 18-i saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayev Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib.
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Təbriz Abdullayev Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun bədəninin 60 faiz hissəsinin yandığı bildirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay