İstehlakçı hər zaman haqlıdır. Bu bütün dünyada qəbul olunmuş və müzakirəyə qapalı olan məsələdir. Amma bizim cəmiyyətdə istehlakçı hər zaman haqlı olsa da çox zaman haqsız duruma düşür. Və düşdüyü haqsızlıq labirintindən də heç cür qurtula bilmir.

TEREF.AZ Bizim.Media-ya istinadla haqlı ikən haqsız duruma düşən bir vətəndaşın başına gələn film kimi olayı təqdim edir.

Bir ətək pul verib abunə kodu alıb

Redaksiyamıza müraciət edən Almaz Ağayeva 2021-ci ilin payızında Suraxanı rayonunun Hövsən qəsəbəsində fərdi mənzil alıb. Onlar evi alana qədər mənzildə təbii qaz olmayıb. Ona görə də mövcud qanunvericiliyə uyğun olaraq "ASAN Komunal”a müraciət edib. Müraciətə əsasən Suraxanı rayonunun Qaz İstismarı İdarəsindən gəlib
 
 
 
 
baxış keçiriblər. Smeta tutulub. 600 manat ödəniş edildikdən sonra Almaz xanımın evinə təbii qaz xətti çəkilib, onun adına abonent kodu açılıb, mənzilin girişində mexaniki sayğac quraşdırlıb. Amma abonentin rahatçılığı 2022- ci ilin iyununa qədər davam edib.

Xəbərdarlıq edilmədən sayğac dəyişdirilir

Beləki, bir gün evə dönən xanım mənzilin həyətindəki sayğacın dəyişdiyini görür. Yeni sayğacın yanında isə BİLDİRİŞ var. Bəlli olur ki, Suraxanı Qaz İstismar idarəsi mənzilə smart tipli sayğac quraşdırıb. Ən qəribəsi də odur ki, yeni sayğac və abunə kodu onun yox, əvvəlki ev sahibinin adınadır. Əlacsız qalan abonent Suraxanı Qİİ-yə gedir. İdarədən ona absurd bir qərar açıqlayırlar. Bildirirlər ki, "sizdən əvvəlki ev sahibi qaz xəttinə icazəsiz qoşulub. Ona görə də əvvəlki ev sahibi 850 manat cərimə olunub. Biz də ona görə sayğacı dəyişdirmişik”.

Eşitdiklərinə xeyli təəccüblənən Almaz xanım irad bildirib ki, "axı, belə bir hal var idisə mənə abunə kodu verəndə, smeta tutanda niyə bildirmədiniz?”. İdarədəkilər soyuqqannılıqla "anlaşılmazlıq olub” deyib. Sonda isə idarədən şikayətçiyə bildiriblər ki, "ya 850 manatı ödə, ya da qazın verilişi dayandırılacaq”.

"Azəriqaz” İB-dən gələn başdansovdu məktub

Əli hər yerdən üzülən abonent”Azəriqaz” İB-yə üz tutur. Birliyin baş direktoru Ruslan Əliyevin adına ərizə yazır. Məsələnin aydınlaşdırılmasını xahiş edir. Bir müddət sonra şikayətçiyə Bakı şəhəri Qaz Satışı Departamentinin rəis müavini Hicran Abbasovun adından rəsmi məktub gəlir.

Məktubda deyilir: "Sizin 26.06.2022-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, fərdi mənzilin yeni istehlakçısının qeydiyyata alınmaq məqsədi ilə sayğacın quraşdırılması üçün mülkiyyət sənədi ilə "ASAN Kommunal”a müraciət etməniz tövsiyyə olunur”.

Əlbəttə ki, belə bir cavabı heç Afrikanın cəngəlliyində yaşaya birisi yazmağa cəsarət etməz. Amma neyniyək ki, "Azəriqaz” İB -nin məsul şəxsləri şikayət ərizəsini oxuyub tanış olmadan, problemi öyrənmədən şikayətçini başdan eləmək üçün belə bir məktub yazıb.

Ədalətsizliklə üzləşən, haqlı ikən haqsız duruma düşən abonent indi nə edəcəyini bilmir. Çünki, "Azəriqaz” İB-nin abonentlərə küçə qanunları ilə davranmasının qarşısında abonent üçün seçim variantı qalmır.

Problemə aydınlıq gətirmək üçün "Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevlə əlaqə saxladıq. O tez bir zamanda şikayətçinin problem ilə məşğul olacaqlarını bildirdi.

Bizsə "Azəriqaz”-ın da cavabını aldıqdan sonra mövzunu davam etdirəcəyik...

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər