Xəbər verdiyimiz kimi ötən gün Vətən müharibəsi iştirakçısı, qazi Samir Abbaslı redaksiyamıza müraciət edib.

O, haqsız yerə Ordudan uzaqlaşdırıldığını deyib:

"2012-ci ildə Xüsusi Təyinatlı Dəstələrdə qulluq etmişəm. 2020-ci ildə Müddətdən Artıq Xidmət Edən (MAXE) kimi Silahlı Qüvvələrin tərkibinə daxil olmuşam. Bundan 3 ay sonra isə Vətən müharibəsi başladı. İkinci Qarabağ müharibəsindəki döyüşlərdə iki dəfə çoxsaylı qəlpə yarası aldım. Ağdərə istiqamətində gedən döyüşlərdə oktyabr ayın 1-i və 21-də yaralandım. Ucar rayon xəstəxanasında müalicə aldıqdan sonra xidmətimə davam etmək üçün qayıtdım. Amma bir müddət sonra bizi "Papanin”ə (hərbi hospital nəzərdə tutulur-red.) apararaq, tibbi yoxlanışdan keçirdilər. Orada məndə anadangəlmə ürək çatışmazlığı olduğunu dedilər. Buna görə də məni xidmətdən uzaqlaşdırdılar. Əgər məndə anadangəlmə qüsur olsadı, Xüsusi Təyinatlı Dəstədə qulluq edə bilməzdim. Əgər qüsurum olubsa, necə əsgərliyə getmişəm, yoxdursa, niyə xidmətdən çıxarılıram? Üstəlik, mənə əlillik də vermirlər”.

Samir Abbaslı Cebhe.info-ya açıqlamasında bildirib ki, 2021-ci anadangəlmə ürək çatışmazlığı diaqnozu ilə təxris olunub:

"Məndə remotizm və talassemiya xəstəliyi olduğunu dedilər. Bu diaqnozu "Papanin”dəki hərbi hospitalında polkovnik Səməd doktor qoydu. Həmin diaqnozla da məni Ordudan kənarlaşdırdılar. İndi isə müharibə bitib. Mən cənab Prezident İlham Əliyev və Mehriban xanıma məktub yazdım. Amma məktubların onlara çatdırılmadığını bilirəm. Həmçinin, Ombudsmana da məktub yazdım, amma mənə cavab olaraq dedilər ki, əsgərliyə gedəndə yoxlanış olmur. Müdafiə Nazirliyinə məktub ünvanladım, amma eyni cavabı aldım. Sanki eyni insan tərəfindən eyni məzmunda yazılır. Yəni mən hara məktub yazsam, eyni adam tərəfindən cavablanır. Ucar rayonunun icra başçısına da müraciət edirəm, lakin məni heç otağına belə buraxmır. Amma biz 44 gün müharibədə olanda həmin icra başçısının oğlu ABŞ-da idi. İndi isə qayıdıb gəlib, atası ilə işləyir. Mən Əlillərin Bərpa Mərkəzi və Ucar Rayon İcra Hakimiyyətindən şikayətçiyəm. Hal-hazırda da yenə ağrılarım davam edir. Heç necə olacağını bilmirəm”.

Xatırladaq ki, Ucar rayonun Bərgüşad kəndində yaşayan qazi Samir Abbaslı evlidir 2 övladı var.

Son xəbərlər

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

Bütün xəbərlər