Qanunsuzluğa
 
Bu dəfə də mövzumuz ekoloji terrordur. Nə yazıq ki, bu mövzu artıq, "DogruXeber.az"ın ən-ənəvi rubrikasına çevrilib. Gözümüzlə gördüyümüz, yaxud vətəndaşların redaksiyamıza tez -tez göndərdiyi biznes məqsədli ağac kəsimləri və hələ də buna susan cavabdeh qurum - Ekologiya və Təbii Sərvətlər Nazirliyi bizi mütəmadi olaraq mövzuya qayıtmağa vadar edir.

Biz yuxarıda nazirliyin baş verənlərə susduğunu qeyd etdik, lakin bu ifadəyə balaca bir dəyişiklik, daha doğrusu dəqiqəlik gətirək ki, ETSN bu kimi hallara sadəcə susmur, birbaşa özü şərait yaradır.

Xatırlayırsınızsa, ötən yayımlarımızdan birində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bizə ağacların kəsilməsi, yaxud köçürülməsinin onun rəyi və imzası olmadan baş tutmasının mümkün olmadığını qəti şəkildə vurğulayırdı.

Bəli, o haqlı idi. Nə yazıq ki, elə məhv edilən bütün yaşıllıqların kökündə Mirsalam Qəmbərovun (hansısa açıqlamaqda çətinlik çəkdiyi səbəblərə görə atdığı) imzası dayanır.

Bundan əlavə yaşıllıqlara vurulan ziyanlar barəsində gördüyümüz, eşitdiyimiz bütün məlumatları "DogruXeber.az" olaraq, şəxsən özümüz dəfələrlə həm rəsmi, həm telefon zəngi vasitəsilə ETSN mətbuat xidmətinə çatdırmışıq. Hər dəfəsində də nazirliyin mətbuat xidməti şablon cavablar verib. "Cinayət tərkibli olduğundan, biz sənədləri toplayıb, araşdırılması üçün prokurorluğa göndərmişik ". Lakin, nədənsə bu qədər verilən eyni cavablardan sonra hələ bir dəfə də olsun hadisənin Prokurorluğun araşdırmasının nəticəsində hər hansı cəza, yaxud cərimə tətbiq olunması barəsində heç bir məlumat verilmir. Digər tərəfdən isə kəsilən ağaclar barəsində prokurorluğa müraciət edildiyini deyən ETSN qalan başqa ağacları qorumaq da onun işi olduğunu bilmirmi? Hansı ki, həmin ərazidəki digər ağaclar da kəsilməkdə davam edir axı...

Yoxsa, gözləyirlər kəsilsin, sonra yenə Prokurorluğa müraciət etsinlər?

Əslində isə kəsilən ağaclar barəsində akt tərtib edilməli, faktlar toplanıb rəsmi şəkildə prokurorluğa təqdim edilməli, eyni zamanda ərazidək digər ağacları da qorumaq məqsədilə hüquq-mühafizə orqanlarına müraciət edilməli və orada aparılan qanunsuz işlər dayandırılmalıdır.

Necə ki, biz vaxtilə 20 küçəsində ağacların kütləvi kəsilməsi barəsində dəfələrlə yazdıq, dəfələrlə dedik. Amma, ərazidəki "işlər" öz axarıyla, sərbəstcə nəinki davam etdirildi, hətta ərazisi daha da genişləndirildi.

Yeri gəlmişkən, "DogruXeber.az" informasiya portalının rəhbəri Kamal Əsgərov və "Azia.az"saytının rəhbəri Subut Mehdiyev yaşıllıq ağacları kəsilən, hazırda yerində böyük bir yaşayış binası tikintisi aparılan ərazidə olub, ərazi sakinləri ilə müəyyən mövzuda həmsöhbət olub və eyni zamanda həmin söhbəti də, sözügedən tikintini də lentə alıblar.

Diqqət edin !

Burada "ödənişli şahidlər" ağacların kəsilmədiyini, güya köçürüldüyünü deyirlər. Halbuki ki, o ağacların yerinə baxanda kəsildikləri aydınca görünür. Həmin ərazidəki bir ağacı isə küləyin aşırdığını and içərək söyləyirlər. Bəs onun ətrafındakı 30 yaxın ağacın necə aşdığı sualına isə, "ödənişli şahid" aşan ağacın qol -budaqlarının dəyib aşırdığını deyir. Bir sözlə, özünü şahid kimi təqdim edən ağsaqqal tam bir Hindistan filmi ssenarisi danışır.

Qeyd edək ki, "DogruXeber.az" olaraq, bir neçə ildir ki, Nəsimi rayonu ərazisində - xüsusilə də 20 yanvar küçəsi və məhz köhnə hamam deyilən ərazidəki yaşıllıqların məqsədli olaraq, mərhələli şəkildə məhv edildiyi barəsində durmadan "həyəcan təbili" vururuq.

Amma, nafilə...

Hər şeyə rəğmən sahibkarlar yalnız biznes naminə bu çirkin əməllərini maneəsiz şəkildə davam etdirirlər. Çünki, əsas maneənin cavabdeh qurum - ETSN olduğunu düşünürlər və o "maneə"ni də yalnız tərəflərin özlərinə məlum şəkildə "həll etdikləri"ndən arxayındırlar.

"DogruXeber.az" və digər müstəqil saytlarda, sosial şəbəkələrdə hər gün toxunulan bu boyda problemlərə isə qurum rəhbəri Muxtar Babayevin ümumiyyətlə məhəl qoymaması yaşanan problemlərdən daha böyük problemdir.

Paytaxt küçələrində bu boyda yaşıllıq soyqırımı gedir, Muxtar Babayev bölgələrdə əhali ilə görüşlər keçirir. Bunu belə də ifadə etmək olar ki, camaatı başına yığıb, baş qarışdırır.

Başını aşağı salıb, sakitcə çörəyini qazanan Muxtar Babayev özünü elə aparır ki, güya olanlardan xəbərsizdir.

Xəbərsiz olmadığı hər kəsə məlumdur, amma cənab Babayev düşünmür ki, onun rəhbərlik etdiyi sahədə baş verənlərdən xəbərsiz olması həqiqət olsa belə, bu onun vəziyyətdən çıxış yolu yox, yarıtmaz fəaliyyətinin və sahib olduğu vəzifənin öhdəsindən gələ bilmədiyinin göstəricisidir.

Metrostansiyalarda və küçələrdə ETSN-in tez -tez rastlaşdığımız bir şüarı var. "Məhv etmə - Qoru"

Sən demə hər kəsə qorumağı tövsiyyə edən ETSN bu şüarla sətiraltı məhv etmək işinə yalnız özləri baxdıqlarını deyirmiş.

Görünür, "gəlirli sahə" olduğu üçün yaşıllıqları məhv etməyin belə ölkəmizdə "monopoliya"sı varmış...

Uşağını doğru yola çəkmək üçün, hərəkətləri barəsində ataya deyəcəyi ilə hədələyən analar kimi, əvvəllər ekologiyanın biraz aşağı vəzifələrdə çalışan əməkdaşlarını Nazirliyə deyiləcəyi ilə "çəkindirmək" olurdusa, artıq, bu da mümkün deyil. Çünki, sıravi işçilərin belə nazirin hər şeyi çox yaxşı bildiyindən xəbərləri var.

Necə ki, ağacları kəsərək, yerində bina inşa etdirən Elton adlı birinin dediyi kimi, "Nazirlik bilər, biz bilərik".

Bəli nazirlik də bilir, nazir də...
Amma, bu heç nəyi dəyişmir, çünki vaxtilə nələrsə müqabilində hər şey dəyişilib...

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər