Bir neçə gün bundan öncə Azerinfo.az xəbər portalında Cəlilabad rayon Göytəpə şəhərində "Hacı Mərket"ın qarşısında, oranın sahibi Hacı Məlik tərəfindən 3 ədəd 50 sm diametrindən yaş ağacın kəsilib yerinə asfalt örtüyü çəkildiyi barədə məlumat vermişdik.

Aldığımız məlumata görə, sözügedən ağacları 2022-ci ilin mart ayı kəsilmək üçün budanıb və aprel ayının sonu isə kəsilib yerinə asfalt örtüyü döşənib. Aldığımız məlumatlara görə, bu "yaşıl soyqırım"ları Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri
Mirsalam Qənbərov, 1 saylı Regional Ekologiya Idarəsinin rəisi Şakir Quliyev və onun "qara kassa"sı kimi tanınan Talıb Kərimov həyata keçirdir.
T. Kərimovun göstərişi ilə ağaclar əvvəlcədən məqsədyönlü şəkildə kəsilmək üçün budanır və sonra isə kəsilərək yerinə asfalt örtüyü çəkilir.
Hətta Talıb ağac kəsən sahibkarlara bildirir ki, birdən sizdən soruşan olsa, deyərsiniz ki, bu kəsilən ağacların rəyi var və rəydə Talıbdadır.
Sözügedən məsələylə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq və onlar isə məsələyə saxta don geyindirmək üçün bizə bildirdilər ki, guya həmin ağaclar rəy əsasında kəsilib.

Həmin saxta rəy:

" Cəlilabad rayonu Göytəpə şəhərində "Hacı Market”in qarşısında ağacların kəsilməsi barədə” daxil olmuş məlumat yerində araşdırılmışdır.
Araşdırma zamanı Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş küçəsi 153 ünvanında, yəni "Hacı Market” mağazasının qarşısında köküstə tam quruyaraq qəzalı vəziyyətdə olan 1 ədəd şam və 1 ədəd sərv ağacının götürülməsinə dair keçmiş Dövlət Ekspertiza İdarəsi tərəfindən 23.10.2017-ci il tarixli rəy verildiyi müəyyən edilmişdir.

Peykdən çəkilmiş görüntükərdən də görünür ki, sözügedən marketin önündə 3 ədəd yaş ağac olub.

Bu cinayətkar dəstə köhnə nəsil əkən 100 illik ağacları kəsdirib satdırır.

Yuxarıda adları keçən cinayətkar dəstə tək bu yox, cənub zonasında bir neçə yerdə belə yaşıl soyqırım işləri həyata keçirdiblər:

1. Ötən il Göytəpə şəhərində Mirsalam və Şakir Quliyevin qohumu və həmkəndlisi olan sahibkar Rafiq bir neçə yaş şam ağacın kəsib yerində ticarət mərkəzi tikmişdir.

2. Bir neçə ay öncə Masallı rayonun Digəh kəndində bir neçə yaş ağacların kəsilib yerində tikili salınmışdır;

3. Bir neçə ay öncə Masallı şəhərində İcra Hakimiyyətinin yanında bir neçə yaş ağacın kəsilib yerində tikili salınması ;

4. Lənkəran şəhərində İcra Hakimiyyətini yanında bir neçə yaş ağacın kəsilib yerində tikili salınması bunun bariz nümunəsidir.

Bu yuxarıda sadalananlar Aysberqun görünən tərəfidir.
Görün hər gün nə qədər belə saxta rəy adıyla ağaclarımız kəsilərək məhv olur.
Qarşı tərəfi dinləməyə hazırıq.//azerinfo
Qarşı tərəfi dinləməyə hazırıq.//azerinfo



Son xəbərlər

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

Bütün xəbərlər