"5 aydır ki, sığorta şirkətinin arxasınca düşmüşəm. Gah deyir, "ödəmirəm”, gah da deyir ki, az məbləğ ödəyirəm… Şirkət sığorta pulunu əmlakıma dəyən zərərə uyğun ödəmək istəmir”.

2022-ci ilin yanvarın 20-də Saatlının Çolpı kəndində yerləşən mağazalardan birində yanğın olub. Mağaza içərisindəki əşyalarla birlikdə yanıb.

Obyektin sahibi Nabatkənd kəndinin sakini Bilal Abdullayevdir. DİA.AZ-ın məlumatına görə, o, Meydan TV-yə 5 aydan çoxdur ki, mağazaya dəymiş zərərə görə sığortanı ala bilmədiyini deyir.

Bilal Abdullayevin sözlərinə görə, hadisəyə səbəb elektrik naqillərindəki qısaqapanma olub. Hadisədən sonra müvafiq sənədləri toplayaraq sığorta müqaviləsi olan "Azsığorta”ya üz tutub:

"Soruşdular "nə etmək fikrindəsən?” Dedim, heç nə, sizinlə bağladığım müqaviləyə uyğun olaraq, sığortamı istəyirəm. Dedilər, "onsuz da biz sənə məbləğin hamısını verməyəcəyik”. Bir sözlə, şirkət sığortanı verməmək üçün min bir bəhanə uydurur”.

Bilal Abdullayev deyir ki, "Azsığorta” ona dəymiş zərərə görə cəmi 29 min 500 manat sığorta ödəməlidir, ancaq şirkət 4 min 900 manatdan çox ödəmək istəmir.

Bilal Abdullayev yarım ilə yaxındır ki, gah ekspertiza rəyinin ləngidilməsi, gah da sığorta şirkətinin pulu ödəməməsi üzündən fəaliyyətsiz qaldığını deyir:

"Əvvəlcə aylarla Ekspertiza Mərkəzi rəyi ləngitdi. İndi də iki aydan çoxdur ki, sığorta şirkəti ödənişi ləngidir, daha doğrusu, dəymiş zərəri tam ödəmək istəmir. Başqa dolanışıq yerim yoxdur, ailəmi o mağazadan əldə etdiyim gəlirlə saxlayırdım. Gözümü o sığorta puluna dikmişəm ki, yanmış mağazanı təmir etdirib kiçik sahibkarlıq fəaliyyətimi bərpa edim. Şirkətsə əsəblərimi tarıma çəkib”.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8 aprel 2022-ci il tarixli rəyində qeyd olunub ki, yanmış mağazanın təmiri üçün görülməli olan işlərin ümumi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq 11.520 manatdır.

Ekspertiza Mərkəzinin 20 aprel 2022-ci il tarixli əmtəəşünaslıq ekspertizasının rəyində isə bildirilir ki, mağazadakı satışda olan geyimlərin əvvəlki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 28 min 212 manat müəyyən edilib.

"Azsığorta” ASC-dən bildirilib ki, Saatlı rayonu, Çolpı kəndində yerləşən və Bilal Abdullayevin sahibkarlıq fəaliyyətiylə məşğul olduğu mağaza "Azsığorta” ASC-də "Daşınmaz Əmlakın İcbari Sığortası” Şəhadətnaməsi ilə 1 illik sığortalanıb.

Bu il yanvarın 23-də ASC-yə mağazaya yanğın nətisəcində zərər dəyməsi barədə müraciət daxil olub.
Əmlaka dəymiş zərərin müəyyən edilməsi üçün hadisə yerinə sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert cəlb olunub.

Müstəqil ekspertin 4 fevral 2022-ci il tarixli rəyinə əsasən, daşınmaz əmlaka dəymiş zərər 5 min manat məbləğində müəyyən edilib.

Bu məbləğdən 100 manat azadolma məbləği (sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi deməkdir) çıxılaraq ASC tərəfindən 4900 manat sığorta ödənişi hesablanıb.

Bilal Abdullayevsə bununla razılaşmır. O deyir ki, ötən ilin fevralında "Azsığorta” həm də mağazadakı malları 24 min manat məbləğində sığortalayıb:

"İndisə bəhanə gətirir ki, həmin malların hesab-fakturası təqdim olunmayıb ki, ona görə də sığorta ödənsin. Mən geyimləri "Sədərək” Ticarət Mərkəzindən alıb gətirirdim, "Sədərək”də indiyə kimi hansı mala görə hesab-faktura verilib ki?.. Əsasən yanan əşyalar geyimlər olub, onlar da dediyim kimi, "Sədərək”dən alınıb.

Hüquqşünas Namizəd Səfərov deyir ki, əgər sığorta şirkətiylə vətəndaş arasında fikir ayrılığı yaranıbsa, vətəndaş bunu məhkəmədə mübahisələndirə bilər:

"Ekspertiza qurumunun şifahi məlumatlara əsaslanaraq və təxmini apardığı hesablamalar əsasında yazdığı rəyə əksər hallarda sığorta şirkətləri tərəfindən şübhəli yanaşılır. Belə olan halda mağaza sahibi məhkəməyə müraciət edə bilər. Məhkəməyə fotolar, videolar təqdim edə bilər”.

Hüquqşünas bildirir ki, məhkəmə tərəfindən həmin mağazanın ətrafında yaşayan, oradan alış-veriş edən insanların mağazadakı alqı-satqı predmeti olan mallarla bağlı şahid izahatları da alına bilər:

"Məhkəmədə sübuta yetirilsə, məhkəmə sığorta şirkətinin üzərinə məbləğin ödənilməsi öhdəliyi qoya bilər”.
 

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər