"Biz deyəndə ki, filankəs bizim millətdən, bizim dindən deyil, başlayırlar, üstümüzə gəlməyə”. Bu fikirləri mayın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Qarabağ qaziləri ilə bağlı baş verən insidentə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, dövlət bu məsələ barəsində ciddi düşünməli və ölçü götürməlidir:

"Sahil Babayevin nazirliyində bu kimi halların baş verməsi çox müəammalı məsələdir. Həmin nazirliyin o qədər idarələri, şöbələri var… Necə ola bilər ki, onlar bu məsələyə belə laqeyd yanaşsınlar? Doğrudur, biz bu barədə deyirik, danışırıq, amma sonra da müxtəlif yerlərdən təzyiqlərlə üzləşirik, top atəşinə tutuluruq…

Bu, həqiqətən, dövlətə utanc gətirən bir məsələdir. Qazilərimiz Vətən müharibəsində canlarını qoyublar, prezidentimiz İlham Əliyev hər zaman onlara dəstək olub, Mehriban xanım onların qayğısını çəkib. Görünür, cənab prezidentə və Mehriban xanıma çatdırılmır ki, qazilərimizi bu cür incidirlər.

Açıq deyim ki, bu çox qorxulu haldır. Mən olduqca narahatam ki, görəsən, o nazirliyin şöbələri, idarələrinin bütün bunlardan xəbəri yoxdur? Əgər varsa, niyə tədbir görmürlər? Dövlət bu məsələ barəsində ciddi düşünməli, ölçü götürməlidir. Bir gün eşidirik ki, bir qazi özünü asdı, başqa gün digər qazimiz canına qıydı… Belə olmaz axı. Biz maksimum çalışmalıyıq ki, qazilərimiz stresdən çıxsınlar. Ancaq nazirliyin onlara münasibətdə bu qədər səhvə yol verməsi məni düşündürür.

Kiminsə kimdənsə hayıf aldığını deyəndə təzyiqlə üzləşirik ki, niyə belə danışırsız? Yaxşı, biz danışmırıq, buyurun, tədbir görün. Belə vəziyyətlərdə düşmənin əlinə fakt verirlər, erməni saytları toy-bayram edirlər ki, bizi məhv eləyən Azərbaycan qazilərinə orada qiymət qoymurlar. Biz deyəndə ki, filankəs bizim millətdən, bizim dindən deyil, başlayırlar, üstümüzə gəlməyə… Ancaq qazilərimizə göstərilən o münasibətə görə bizim vicdanımız ağrıyır. İnanıram ki, bu məsələ cənab prezidentə çatdırılsa, o bunu çox tez və qəti şəkildə həll edəcək.

Sahil Babayev papağını qabağına qoyub fikirləşməlidir ki, bu dərəcədə ərköyünlük olmaz… Qazilərin müavinətlərini artırmaq, müalicələrini təşkil etmək həllolunmaz məsələ deyil axı… Mən özüm də bu barədə müəyyən dairələrə çatdırım ki, bu, Azərbaycana qarşı çox böyük provokasiyadır. Bunu da törədənlər öz içimizdəkilərdir”.

Son xəbərlər

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

Bütün xəbərlər