15:55 / 20-05-2022
Rusiyanın Ukraynada itkiləri açıqlandı
15:52 / 20-05-2022
DİN institut direktorunun faciəli ölümü ilə bağlı məlumat yayıb
15:51 / 20-05-2022
Polis İdarəsində cinayət hadisəsinə qeyri-bərabər yanaşma - Zərəçəkmiş jurnalistin iş materialı gizlədilir ?
15:50 / 20-05-2022
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
15:46 / 20-05-2022
DYP-dən hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT
15:44 / 20-05-2022
Bəhram Bağırzadə videosuna görə tənqid olundu
15:29 / 19-05-2022
Beynəlxalq Muzeylər Günü qeyd olunub
15:27 / 19-05-2022
Azərbaycanlı tələbələr İsrailə səfər edəcəklər
13:32 / 19-05-2022
Beynəlxalq Muzeylər Günü qeyd olunub
13:30 / 19-05-2022
Bakıda 15 nəfərin öldüyü dəhşətli yanğından yeddi il keçir
13:28 / 19-05-2022
Maşın vuran BDU tələbələrinin son vəziyyəti AÇIQLANDI - YENİLƏNİB
15:53 / 18-05-2022
Türkiyə, Rusiya, Ukrayna və BMT heyətlərinin görüşü keçiriləcək
15:51 / 18-05-2022
Rəcəb Tayyyib Ərdoğan İlham Əliyevə təşəkkür etdi
07:40 / 18-05-2022
Bakıda qadın intihar etdi
07:39 / 18-05-2022
Ukrayna ordusu 12 hücumun qarşısını almağı bacardı
07:35 / 18-05-2022
101 yaşlı cinayətkar azadlıqdan məhrum edildi
07:34 / 18-05-2022
“Real” heyətinə qapıçı qatır
07:32 / 18-05-2022
Kobra stəkandan su içir
07:31 / 18-05-2022
Rusiya: Avtomobil istehsalında“perestroyka”
14:19 / 17-05-2022
Yeni Zelandiya Lukaşenkoya sanksiya tətbiq etdi
14:17 / 17-05-2022
BMT: “Ukraynada 100 milyard dollar dəyərində dağıntılar var”
14:14 / 17-05-2022
Zakir Qaralovun şirkətlərinin külli miqdarda vegi borcu üzə çıxdı
14:11 / 17-05-2022
Dünyanın ən bahalı fotosu məlum oldu
14:09 / 17-05-2022
Azərbaycan Prezidenti israilli naziri qəbul edib
14:07 / 17-05-2022
Mirzoyan Brüsselə gedir
14:06 / 17-05-2022
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: sürücü öldü, qardaşı...
13:01 / 17-05-2022
Putinin “KTMT-yə gəlin” TƏKLİFİ: Moskva istədiyini ala bilməyəcək – TƏHLİL
12:59 / 17-05-2022
Bakının mərkəzində “Prius” səfirliyin maşını ilə toqquşdu - VİDEO
12:58 / 17-05-2022
İlham Əliyev BƏƏ-nin yeni prezidentini təbrik etdi
12:56 / 17-05-2022
Ölkədə bahalaşma DAYANMIR - "Çünki bəzi məmurlar bunda maraqlıdır"
12:50 / 17-05-2022
Parlament növbədənkənar sessiyaya hazırlaşır
20:06 / 16-05-2022
Qəbələdə dövlət vəsaitlərinin mənimsənildiyi iddia edilir; /VİDEO
20:01 / 16-05-2022
Aygün Kazımova açıq-saçıq geyimdə ehtiraslı poza verdi - FOTO
14:24 / 16-05-2022
Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var
14:22 / 16-05-2022
“Bu gün arzuladığımız qüdrətli bir Türkiyə görürük” - RƏY + FOTO
14:19 / 16-05-2022
Bakıda 24 yaşlı qız özünü öldürdü
14:18 / 16-05-2022
Axtarışa verilən Afət Fərmanqızı ölkədən getdi -VİDEO
09:47 / 16-05-2022
Mingəçevirdə dövlət vəsaitlərinin qaranlıq təyinatı /VİDEO
09:37 / 16-05-2022
DİN BDYPİ- si sürücülərə torba tikməklə məşğuldur?
08:23 / 16-05-2022
Küçədə tanımadığı şəxslə əlbəyaxa oldu, BIÇAQLANDI
08:19 / 16-05-2022
Bu gündən hava yenidən pisləşəcək - Şimşək, yağış...
08:17 / 16-05-2022
Bu ilin ilk ay tutulması başlayıb
Real vəziyyət pensiya yaşının aşağı salınmasına imkan yaratmır..
Ona görə də, pensiya təminatı sahəsində mövcud qanunlar ildən-ilə daha da təkmilləşdirilir. Vaxtaşırı bəzi hüquqi-normativ aktlar dəyişdirilir, ləğv olunur və yaxud yeniləri qəbul edilir. Bütün bunlar isə islahatlara paralel şəkildə həyata keçirilir.
Yaxın illər ərzində əmək pensiyaları və sosial müavinətlər sahəsində qanunvericilik aktına 200-dən çox əlavə və dəyişikliklər edilib, yeni hüquqi-normativ sənədlər qəbul olunub. Və bunlar ölkədə pensiya-sığorta sisteminin islahatı və təkmilləşdirilməsi istiqamətdə görülən işlərin tələblərindən irəli gələrək həyata keçirilib.
Hazırda "Əmək pensiyaları haqqında” Qanununa edilməsi nəzərdə tutulan dəyişikliklər də bu qəbildəndir. Yəni, məqsəd əmək pensiyaçıları üçün əlavə imkanlar yaratmaq, bu sahədə vəziyyəti yaxşılaşdırmaq, pensiyaya çıxma şərtlərini yumşaltmaq, şəffaflıq təmin etmək, vətəndaş məmnunluğunu artırmaq və pensiya təminatında sosial sığorta prinsiplərini daha geniş şəkildə tətbiq etməyə nail olmaqdır.
Real olaraq sözügedən qanuna 43 sayda dəyişikliklər etmək nəzərdə tutulur ki, bunların sırasında bir sıra mütərəqqi yeniliklər olduğundan təqribən, 20 min vətəndaşın xeyir görəcəyi gözlənilir.
Ancaq ən çox müzakirəyə səbəb olan isə qadınlar və kişilər üçün pensiya çıxmaq yaşının əslində necə müəyyən edilməli olduğu və çoxuşaqlı analarının vaxtından əvvəl pensiya hüququ əldə etmə məsələləridir.
Bəs, bu məsələ hansı formada həll edilməlidir ki, daha məqsədəuyğun olsun?
Hesab edirəm, çoxuşaqlı valideynlərin pensiyaya vaxtından əvvəl çıxması və eləcə də kişi və qadınların pensiya yaşının azaldılması ilə bağlı məsələlərə real yanaşmaq lazımdır.
Belə ki, yaşa görə pensiyaya çıxanların sosial sığorta ödənişlərini və digər maliyyə məsələlərini nəzərdən keçirmək xüsusən vacibdir. Bəli, çoxuşaqlı valideynin vaxtından əvvəl pensiyaya çıxmaq hüququnu təmin etmək mümkündür və zəruridir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra 90-cı illərdə üç uşaq anasının vaxtından əvvəl, yəni 51 yaşında pensiyaya çıxması hüququ var idi. Sonradan hansısa məntiqlə uşaq sayı 5-ə qaldırıldı.
Müharibə getmiş bir ölkədə hansı ki, itkilər vermişik və veririk, yəni əhalinin demoqrafik artımında maraqlı olduğumuz halda ola bilsin, bu, başa düşüləndir. Ancaq, bu stimullaşdırıcı amil kimi effektsiz addım hesab olunmalıdır. O səbəbdən ki, 5 uşaqlı ailələr getdikcə barmaqla sayılacaq qədər olmalı idi və hazırda da vəziyyət məhz belədir.
Ümumiyyətlə, getdikcə çoxuşaqlı ailələrin sayı azalacaq. Və 5-6 ildən sonra 5 uşaqlı ailəyə bəlkə də rast gəlinməyəcək. Odur ki, qanuna yeni dəyişiklik çərçivəsində qeyd olunan məsələdə uşaq sayının beşdən üçə endirilməsini daha məqsədəuyğun sayıram.
Bundan əlavə, dəyişikliklərdən ibarət layihəyə əsasən, anası vəfat etdiyinə və ya anası ilə atasının nikahına xitam verildiyinə, yaxud anası valideynlik hüququndan məhrum edilmiş sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara da 5 il erkən pensiya hüququnun verilməsi nəzərdə tutulur.
Bu isə bir qədər mübahisə doğurur. O baxımdan ki, evin əsas gəlir mənbəyi kişidirsə, onun vaxtından əvvəl pensiyaya çıxması görəsən, hansı əlavə imkanlar yarada bilər?! Kişi çörək qazanıb evini təmin etməyə məsul deyilmi?
O ki qaldı pensiya yaşı məsələsinə, burada sığorta-pensiya sisteminə diqqət yetirmək vacib sayılır. Bu sistem elə təşkil olunmalıdır ki, əhali yaşa görə pensiya alanda vəsait dövlət büdcəsindən ödənilməsin.
Yəni vaxtilə əhalinin işlədiyinə görə ödədiyi sosial ayırmalara əsasən yığılan pensiya kapitalı hesabına ödənilsin. Təəssüf ki, Azərbaycanda hələ camaatın maaşı istənilən səviyyədə olmadığına görə, sosial ayırmalar hesabına yığılan pensiya kapitalı kimsəyə vaxtından əvvəl pensiyaya çıxmağa imkan yaratmır.
Pensiya yaşı aşağı salınsa, bu zaman vətəndaşların pensiya ödənişində əsas yük gərək dövlət büdcəsinin üzərinə düşsün. Bu da perspektivsiz bir məsələdir. Çünki ödədiyimiz sosial ayırmalar pensiya kapitalı kimi yığılır və toxunulmaz sayılır. Amma dövlət büdcəsi hesabına pensiya alsaq, sabah fors-major hal baş verərsə, bu zaman dövlət üzləşə biləcəyi maliyyə çətinlikləri ucbatından bizim pensiyanı azalda bilər.
Dövlət büdcəsi riskli bir şeydir, o, qlobal iqtisadiyyatın, eləcə də ölkə iqtisadiyyatının kənar təsirlərdən necə sığortalanmağa bağlıdır. Odur, biz sığorta-pensiya sistemini elə təşkil etməliyik ki, yüksək səviyyədə sosial ayırmalar üzrə istənilən məbləğdə vaxtından əvvəl pensiya kapitalı yığa bilək.
Bu zaman qadınların 55, kişilərin isə 60 yaşda pensiyaya çıxması məsələsi də həllini tapa bilər. Amma hələlik ölkə iqtisadiyyatının vəziyyəti, əhalinin aldığı əməkhaqqının səviyyəsi buna imkan yaratmır. Ona görə də hazırkı pensiya yaşı qadınlar üçün 63, kişilər üçünsə 65-dir.
Bu, real vəziyyətin diktəsidir. Qadınlar zərif cinsin nümayəndəsi olduğuna görə, hesablama aparıb onların yaş həddini 63 yox, 60 olması barədə qərar qəbul etmək olar. Amma real vəziyyət hələlik pensiya yaşının aşağı salınmasına imkan yaratmır.
Bölməyə aid digər xəbərlər

Pərviz Heydərov yazır...
Pensiya təminatı elə bir məsələdir ki, vətəndaşların gələcəkdə sosial və maddi sığortasını əhatə edir. Odur ki, bu sahədə hər şey ilk növbədə dövlətə bağlıdır. Dövlət gərək, elə qanuni baza və işlək mexanizm yaratsın ki, vətəndaşların sözügedən sahədə bütün mövcud hüquqları rəvan şəkildə həyata keçirilsin və bu sahədə icrada ortada heç bir əngəl olmasın.Ona görə də, pensiya təminatı sahəsində mövcud qanunlar ildən-ilə daha da təkmilləşdirilir. Vaxtaşırı bəzi hüquqi-normativ aktlar dəyişdirilir, ləğv olunur və yaxud yeniləri qəbul edilir. Bütün bunlar isə islahatlara paralel şəkildə həyata keçirilir.
Yaxın illər ərzində əmək pensiyaları və sosial müavinətlər sahəsində qanunvericilik aktına 200-dən çox əlavə və dəyişikliklər edilib, yeni hüquqi-normativ sənədlər qəbul olunub. Və bunlar ölkədə pensiya-sığorta sisteminin islahatı və təkmilləşdirilməsi istiqamətdə görülən işlərin tələblərindən irəli gələrək həyata keçirilib.
Hazırda "Əmək pensiyaları haqqında” Qanununa edilməsi nəzərdə tutulan dəyişikliklər də bu qəbildəndir. Yəni, məqsəd əmək pensiyaçıları üçün əlavə imkanlar yaratmaq, bu sahədə vəziyyəti yaxşılaşdırmaq, pensiyaya çıxma şərtlərini yumşaltmaq, şəffaflıq təmin etmək, vətəndaş məmnunluğunu artırmaq və pensiya təminatında sosial sığorta prinsiplərini daha geniş şəkildə tətbiq etməyə nail olmaqdır.
Real olaraq sözügedən qanuna 43 sayda dəyişikliklər etmək nəzərdə tutulur ki, bunların sırasında bir sıra mütərəqqi yeniliklər olduğundan təqribən, 20 min vətəndaşın xeyir görəcəyi gözlənilir.
Ancaq ən çox müzakirəyə səbəb olan isə qadınlar və kişilər üçün pensiya çıxmaq yaşının əslində necə müəyyən edilməli olduğu və çoxuşaqlı analarının vaxtından əvvəl pensiya hüququ əldə etmə məsələləridir.
Bəs, bu məsələ hansı formada həll edilməlidir ki, daha məqsədəuyğun olsun?
Hesab edirəm, çoxuşaqlı valideynlərin pensiyaya vaxtından əvvəl çıxması və eləcə də kişi və qadınların pensiya yaşının azaldılması ilə bağlı məsələlərə real yanaşmaq lazımdır.
Belə ki, yaşa görə pensiyaya çıxanların sosial sığorta ödənişlərini və digər maliyyə məsələlərini nəzərdən keçirmək xüsusən vacibdir. Bəli, çoxuşaqlı valideynin vaxtından əvvəl pensiyaya çıxmaq hüququnu təmin etmək mümkündür və zəruridir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra 90-cı illərdə üç uşaq anasının vaxtından əvvəl, yəni 51 yaşında pensiyaya çıxması hüququ var idi. Sonradan hansısa məntiqlə uşaq sayı 5-ə qaldırıldı.
Müharibə getmiş bir ölkədə hansı ki, itkilər vermişik və veririk, yəni əhalinin demoqrafik artımında maraqlı olduğumuz halda ola bilsin, bu, başa düşüləndir. Ancaq, bu stimullaşdırıcı amil kimi effektsiz addım hesab olunmalıdır. O səbəbdən ki, 5 uşaqlı ailələr getdikcə barmaqla sayılacaq qədər olmalı idi və hazırda da vəziyyət məhz belədir.
Ümumiyyətlə, getdikcə çoxuşaqlı ailələrin sayı azalacaq. Və 5-6 ildən sonra 5 uşaqlı ailəyə bəlkə də rast gəlinməyəcək. Odur ki, qanuna yeni dəyişiklik çərçivəsində qeyd olunan məsələdə uşaq sayının beşdən üçə endirilməsini daha məqsədəuyğun sayıram.
Bundan əlavə, dəyişikliklərdən ibarət layihəyə əsasən, anası vəfat etdiyinə və ya anası ilə atasının nikahına xitam verildiyinə, yaxud anası valideynlik hüququndan məhrum edilmiş sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara da 5 il erkən pensiya hüququnun verilməsi nəzərdə tutulur.
Bu isə bir qədər mübahisə doğurur. O baxımdan ki, evin əsas gəlir mənbəyi kişidirsə, onun vaxtından əvvəl pensiyaya çıxması görəsən, hansı əlavə imkanlar yarada bilər?! Kişi çörək qazanıb evini təmin etməyə məsul deyilmi?
O ki qaldı pensiya yaşı məsələsinə, burada sığorta-pensiya sisteminə diqqət yetirmək vacib sayılır. Bu sistem elə təşkil olunmalıdır ki, əhali yaşa görə pensiya alanda vəsait dövlət büdcəsindən ödənilməsin.
Yəni vaxtilə əhalinin işlədiyinə görə ödədiyi sosial ayırmalara əsasən yığılan pensiya kapitalı hesabına ödənilsin. Təəssüf ki, Azərbaycanda hələ camaatın maaşı istənilən səviyyədə olmadığına görə, sosial ayırmalar hesabına yığılan pensiya kapitalı kimsəyə vaxtından əvvəl pensiyaya çıxmağa imkan yaratmır.
Pensiya yaşı aşağı salınsa, bu zaman vətəndaşların pensiya ödənişində əsas yük gərək dövlət büdcəsinin üzərinə düşsün. Bu da perspektivsiz bir məsələdir. Çünki ödədiyimiz sosial ayırmalar pensiya kapitalı kimi yığılır və toxunulmaz sayılır. Amma dövlət büdcəsi hesabına pensiya alsaq, sabah fors-major hal baş verərsə, bu zaman dövlət üzləşə biləcəyi maliyyə çətinlikləri ucbatından bizim pensiyanı azalda bilər.
Dövlət büdcəsi riskli bir şeydir, o, qlobal iqtisadiyyatın, eləcə də ölkə iqtisadiyyatının kənar təsirlərdən necə sığortalanmağa bağlıdır. Odur, biz sığorta-pensiya sistemini elə təşkil etməliyik ki, yüksək səviyyədə sosial ayırmalar üzrə istənilən məbləğdə vaxtından əvvəl pensiya kapitalı yığa bilək.
Bu zaman qadınların 55, kişilərin isə 60 yaşda pensiyaya çıxması məsələsi də həllini tapa bilər. Amma hələlik ölkə iqtisadiyyatının vəziyyəti, əhalinin aldığı əməkhaqqının səviyyəsi buna imkan yaratmır. Ona görə də hazırkı pensiya yaşı qadınlar üçün 63, kişilər üçünsə 65-dir.
Bu, real vəziyyətin diktəsidir. Qadınlar zərif cinsin nümayəndəsi olduğuna görə, hesablama aparıb onların yaş həddini 63 yox, 60 olması barədə qərar qəbul etmək olar. Amma real vəziyyət hələlik pensiya yaşının aşağı salınmasına imkan yaratmır.
Tarix: 11-05-2022, 12:14
Bölməyə aid digər xəbərlər
9-05-2022, 11:54
“NATO ölkələri bizi eşitmək istəmədi” - Putin
9-05-2022, 11:50
Putin Ukraynada ölənlərin ailələrinə kömək edəcəyinə SÖZ VERDİ
8-05-2022, 01:00
Donbasda rusların daha bir helikopteri MƏHV EDİLDİ
6-05-2022, 11:32
SOCAR neftçiləri təxliyə etdi
6-05-2022, 11:31
Azərbaycanda və dünyada PENSİYA YAŞI - Hansında daha çoxdur?
5-05-2022, 18:11
Dnepr çayından Rusiya helikopteri çıxarıldı - VİDEO
2-05-2022, 10:14
Tərtərdə 4 otaqlı ev yandı
2-05-2022, 09:51
Azərbaycanda bayram namazı qılındı
2-05-2022, 09:45
Mehriban Əliyevadan Ramazan TƏBRİKİ
1-05-2022, 16:12
Qarabağdan İrəvana gedən avtomobildə silah-sursat aşkarlandı
1-05-2022, 16:07
Narkotik çəkib sərnişin daşıyan sürücü qandallandı
5-04-2021, 13:05
Azərbaycanda 27 nəfər ölən şəxsə pensiya ÖDƏNİLİB
1-04-2021, 12:21
Sabiq məmurlar nə qədər pensiya alırlar? – Məbləğlər açıqlandı
19-03-2021, 22:19
Nazirlik bütün növ sosial yardımların ödənişini başa çatdırdı
12-03-2021, 12:57
Nazirlik bəzi pensiyaların dayandırılmasına aydınlıq gətirib