14:16 / 05-11-2021
Vidadi Muradov vəfat etdi
İradə Tuncay: “Bizim evdə qayınana Aqil Abbasdır”

İradə Tuncay: “Bizim evdə qayınana Aqil Abbasdır”

"Mən qayınana deyiləm ki?! Bizim evdə qayınana Aqil Abbasdır. Hamının işinə qarışır”.

Bu sözləri "Yeni Azərbaycan” qəzetinə açıqlamasında yazıçı, publisist, "Ədalət” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İradə Tuncay deyib:

"Aqil Abbasın da mənfi tərəflərini müsbət tərəfləri üstələyir. Mən onu idarə etməkdə çətinlik çəkirəm. Amma həm də insanı dəyişmək olmaz axı. Gərək buna çalışmayasan. Xarakter etibarilə bəzi şeyləri qəbul edə bilmədiyimə görə, mənə çətin olur. İnsan kimi çox yaxşı xasiyyətləri var, müsbətə meyilli tərəfləri çoxdur. Kaprizləri həmişə olub. Bəzi şeylər var ki, mən onda onu görmək istəməzdim, amma olur. Çox zaman elə bilirlər ki, deputatlar kef edirlər, bir əli yağda, bir əli balda yaşayırlar. Hamısı belə deyil. Bir deputat səhv edəndə bunu ümumiləşdirib bütün deputatların adına yazırlar. "Troll sürüsü” var ki, gözləyir, sən bir səhv edəsən, başlasın söyməyə. Aqil Abbas danışanda, ümumiyyətlə fikirləşmir ki, bunu desəm, nə deyəcəklər. O mənada onu qorumaq mənim boynuma düşür. Bəzən də danışmasına veto qoyuram”.

Tarix: 5-11-2021, 14:10


Bölməyə aid digər xəbərlər