Cəmiyyət / Hadisə / Manşet
5.04.2021, 10:45
Qarabağ döyüşçüsünün fəryadı: Cənab V.Eyvazova müraciət.
Redaksiyamıza müraciət edən Qarabağ qazisi Məmmədov Pərvin Şahin oğlu fevralın 28-də naməlum avtomobil tərəfindən vurulub.
"Kanal1.az" xəbər verir ki, hadisə bu ilin fevral ayının 28-i, saat 21:00 radələrində Tovuz rayon, Azaflı kəndində baş verib.
Həmkəndlisi Eminov Əvəz Elman oğlu ilə çayxanadan qayıdan Pərvin Məmmədovu tanımadığı və naməlum olan avtomobil vurub. Zərbənin təsirindən xəstəxanaya yerləşdirilən Pərvin Məmmədov baş və ayağından ziddi zədə alıb. Avtomobil isə onu hadisə yerində qoyaraq qaçıb.
Hadisə ilə bağlı Tovuz RPİ və DİN-in 102 xidmətinə məlumat verən Qarabağ qazisi hələ də heç bir müsbət nəticə əldə etməyib. Dəfələrlə Tovuz Rayon Prokurorluğuna, Tovuz Rayon Polis İdarəsinə müraciət etməsinə baxmayaraq cinayətkarın azadlıqda gəzdiyini deyən qazi daxili işlər naziri Vilayət Eyvazovdan işin operativ araşdırılmasını xahiş edir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay