93 yaşlı qadın intihar etdi
Şəki rayonunda 93 yaşlı qadın intihar edib.
“Kanal1.az” xəbər verir ki, hadisə rayonun Baş Küngüt kəndində qeydə alınıb.
Kənd sakini, 1928-ci il təvəllüdlü Yusifova Sovqat Rəsul qızı günorta saatlarında yaşadığı evdə özünü asıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.