İlan və zəhərli həşərat sancması zamanı nə etməli? - Toksikoloqdan AÇIQQLAMA

Dünyada olduğu kimi, Azərbaycanda da yay mövsümündə havaların istiləşməsi ilə əlaqədar olaraq ilan və əqrəblərin fəallaşması baş verir və bunun nəticəsində sancmalarla əlaqədar əhalinin toksikoloji mərkəzlərə müraciəti artır.

Yayda insanlar daha çox təbiətdə olduğundan sürünənlər və həşəratlarla rastlanma halları da çoxalır. Hər il ilan sancmasından bir neçə nəfər həyatını belə itirir.

“Kanal1.az”xəbər verir ki, Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev ilan sancması zamanı hansı yardımın göstərilməsi barədə açıqlama verib.

"Azərbaycanda hər il 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur. Bu müraciətlərə əsasən aprelin əvvəlindən noyabra qədər rast gəlinir.

- İlk olaraq sancma yerinə baxmaq lazımdır. Əgər ilan sancmasıdırsa, nöqtəvari iki yer olur. Dərhal həkimə müraciət olunmalıdır, çünki zaman çox böyük rol oynayır. Zəhərli hörümçəklər balaca olduğuna görə həmin sancmalar dərhal hiss edilmir. Bir müddət sonra bədəndə şiddətli ağrılar, əzələ gərginliyi və titrəmə baş verir. Ölkəmizdə olan əqrəblərin zəhəri nisbətən azdır. Sancmalar zamanı nahiyədə böyük şişlər müşahidə olunur.

Bütün ölüm hadisələri, ağırlaşmalar, qanda laxtalanma o halda baş verir ki, ilan sancmadan sonra ətrafı bağlayaraq sıxır və ya nahiyəni çərtməklə zəhəri sorma üsulu ilə çıxartmağa çalışır. Bunlar doğru üsullar deyil. Bəzən belə müdaxilə infeksiyanın daha çox yayılmağına səbəb olur.

Bəs, nə etməliyik? İlk növbədə, qorxmaq lazım deyil. İlan sancmadan sonra 12 saat ərzində xəstəni tibb məntəqəsinə çatdırıb, həkim təyinatı ilə zərdab vurulmalıdır. Bir daha təkrar etmək istəyirəm: zərdab yalnız həkim nəzarətində və təyinatı ilə vurulmalıdır. Çünki həmin zərdab at qanından alınan immunoloji preparatdır və bir çox halda allergik anafilaktik reaksiya baş verə bilər. Necə müdaxilə edə bilərik: həmin nahiyəni az hərəkət etdirməliyik. Hərəkət etdikcə zəhərin yayılmasına səbəb oluruq. Bilmək lazımdır ki, ilkin mərhələdə ilan zəhəri bədənə qanla deyil, limfatik yollarla yayılır. Ona görə də qan damarlarını sıxmaq olmaz. Nahiyəyə soyuq, sıxmayan sarğı qoymaq, iki yaxın oynağın hərəkətini azaldaraq həkimə müraciət etmək lazımdır. Ev şəraitində ağrıkəsici və antihistamin preparatlar qəbul etmək olar. Zəhərli hörümçək sancması zamanı ilk 2 dəqiqə ərzində kibrit vasitəsilə həmin nahiyəni yandırmaqla termokoaqulyasiya ilə zəhərin yayılmasının qarşısını almaq mümkündür.

Çox təəssüf ki, ilan sancmalarından sonra uzun müddət fəsadlarla üzləşmək olur. Bunun əsas səbəblərdən biri də zəhər limfatik yolla yayıldığı üçün bədəndə limfatik damarlar zədələnir və həmin nahiyədə şişkinlik olur. Bəzən həmin hal uzun illər davam edir. Həmin nahiyənin sıxması isə sağalmanı çox gecikdirir.

Elə ola bilər ki, ayağın şişməsi, müxtəlif damar problemləri, tromblaşma və hətta amputasiyaya səbəb ola bilər. Ona görə də belə hallarda həkimə vaxtında müraciət edilməlidir". /medicina.az

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər