Həkim-infeksionist: Peyvəndləmə prosesindən kənarda qalmaq pandemiyanın bitməsinə mane olmaqdır

Tarixən bir çox ağır xəstəliklər və təhlükəli viruslarla qarşılaşan dünya bu gün sağlamlığın əsas düşməninə çevrilmiş yeni növ koronavirusla (COVID-19) pandemiyası ilə mübarizə aparır. Artıq bir ildən çoxdur ki, bəşəriyyətin bəlasına çevrilən infeksiyaya qarşı yeganə mübarizə üsulu olan peyvəndlənmə tədbiri daha çox əhali kütləsini əhatə etməyə başlayıb.

"Kanal1.az" bildirir ki, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Könül Cəfərova AZƏRTAC-ın müxbirinə deyib: "Azərbaycan MDB məkanında vaksinasiya prosesinə ən erkən başlayan ölkələrdən biridir. Yanvarın 18-dən başlayan və pandemiyaya qarşı alternativsiz mübarizə üsulu olan əhalinin peyvəndlənməsi prosesi təkcə paytaxtın xəstəxana və poliklinikalarında deyil, regionlarda da uğurla həyata keçirilir. Şübhəsiz ki, bu iş daha sürətlə və kütləvi şəkildə davam etdirilməlidir, çünki həmin proses əhali arasında geniş vüsət aldıqca yoluxma zamanı xəstələnmə hallarına və əsasən də ağırlaşmalar az müşahidə ediləcək. İndi biz həkim-infeksionistlərin də ən başlıca vəzifəsi bu mühüm və taleyüklü məsələ barəsində əhali arasında daha dolğun və hərtərəfli maarifləndirmə və təşviqat işi aparmaq, peyvəndlənmənin üstünlüklərini onlara başa salmaq və normal həyata qayıtmağın bu prosesdən keçdiyini izah etməkdən ibarətdir. İlk növbədə, vaksinlənmədən yayınmağa çalışan və yaxud çəkinən, tərəddüd edən hər kəsə başa salınmalıdır ki, peyvənd vurulması hətta yoluxma zamanı ağırlaşma halları ilə üzləşməyə imkan vermir, fəlakətli və ağır nəticələrdən xilas edir. Ona görə də əhalinin 70-80 faizinin bu prosesə cəlb olunması əvvəlki həyata aparan xilas körpüsü rolu oynayır. Nə qədər ki, bu prosesdən kənarda qalanlar olacaq, onda yoluxma da, xəstələnmə halları da davam edəcək, virus daşıyıcıları da olacaq və deməli, hələ infeksiya təhlükəsindən asılı qalan insan həyatı da olacaq. İndi hər kəsə məsləhətimiz yalnız ondan ibarətdir ki, ilk növbədə, vaksinasiya prosesinə qoşulsunlar, inyeksiya olduqdan sonra isə arxayınçılığa yol vermədən əvvəlki qaydada qorunma tədbirlərinə əməl etsinlər. Həmin tədbirlərə nə qədər tez və ciddi şəkildə nail ola bilsək, bəşəri təhlükədən də o qədər tez qurtula biləcəyik".

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər