Cəmiyyət / Manşet
1.06.2021, 08:48
Karantindən imtina edən İsveç məhdudiyyətləri yumşaltdı
İsveçdə koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərin yumşaldılması barədə qərar qəbul edilib.
Kanal1.az” bildirir ki, 2020-ci ilin yaz mövsümündə ciddi məhdudiyyətlər tətbiq etməyən Skandinaviya ölkəsində iyunun 1-dən məhdudiyyətlərin bir hissəsi ləğv edilir.
Məlumata əsasən, yumşalmalar idman tədbirlərində, açıq havada keçirilən konsertlərdə, kinoteatrlarda və bazarda icazə verilən insan sayına təsir edəcəklər.
Həmçinin ölkə ərazisində barların fəaliyyətinin müddəti uzadılır və digər Skandinaviya ölkələrindən İsveçə giriş zamanı PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb edilməyəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay